05:51 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
73 0 0

Qüdrət Həsənquliyev: "Narkomanları həbsxanaya doldurmağın heç bir xeyri yoxdur. Dövlət də onların həbsxanada saxlanılması üçün böyük xərc çəkir. O insanlar məcburi müalicəyə göndərilməlidir"

BAKI, 6 may — Sputnik. "Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixitrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama 3 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Kimsə narkomandır və biz də qəbul etmişik ki, narkomanlıq cinayət sayılmır. Yəni, bu, bir xəstəlikdir. Belə olan halda o, kimdənsə özünün şəxsi istehlakı üçün narkotik alır və aldığı maddə 0,1 qram artıq olur. İndi biz onu tutub göndərməliyik həbsxanaya ki, niyə sənin aldığın narkotik 0,1 qram artıq gəlib?".

Sputnik xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında deyib. O, bildirib ki, dünyanın hər yerində artıq narkomanlara qarşı, marixuanadan istifadəyə görə cinayət məsuliyyəti aradan qaldırılıb.

"Xüsusilə inkişaf etmiş ölkələrdə. Onlar başa düşürlər ki, qadağalar yolu ilə buna qarşı mübarizə aparmaq heç bir effekt vermir. Bunu leqallaşdırmaq lazımdır", — deputat vurğulayıb.

Həsənquliyevin fikrincə, narkomanları həbsxanaya doldurmağın heç bir xeyri yoxdur: "Dövlət də onların həbsxanada saxlanılması üçün böyük xərc çəkir. O insanlar məcburi müalicəyə göndərilməlidir".

Əlaqədar

"Uzun müddətdir, İrandan Azərbaycana narkotik daşınır"
Dabandan narkotik çıxdı
Narkomanlara məcburi tibbi tədbirlər tətbiq ediləcək
Dükanlar məişət səviyyəsində narkomaniyanın təbliğindən $5 min qazanırlar
Sərhəddə külli miqdarda narkotik ələ keçirildi
Azərbaycanda tanınmış narkobaron yaxalandı
Teqlər:
leqal, millət vəkili, Qüdrət Həsənquliyev, narkoman, narkotik

Əsas mövzular