23:57 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
Zəyəm qəbiristanlığındakı qədim qəbirlərdən biri

Yaşı 3 min il, boyu 2.5 metr olan ölülər

© Sputnik / Shahperi Abbasova
CƏMİYYƏT
Qısa URL
770270

Stalinin hakimiyyəti illərində gürcü tarixçilərin, tədqiqatlar adı altında bu kəndə gələrək qədim alban xaçlarını oğurlamaları, qəbiristanlığın sirrinin çözülməsinə əngəl olub

Şahpəri ABBASOVA, Sputnik Azərbaycan

BAKI, 12 aprel-Sputnik. Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Bəşəriyyətin bütün inkişaf dövrlərinə aid nümunələrə Azərbaycanın müxtəlif bölgələrində rast gəlmək olar. Burada çox maraqlı və qədim insan məskənləri bu gün də mövcudluğunu qoruyur.

Bunlardan biri də Respublikamızın Şimal-Qərbində, Qax rayonunun hazırkı Zəyəm kəndində yerləşən qədim qəbiristanlıqdır. Burada boyu 2-2,5 metrədək olan insanların qəbirləri yerləşir. Bunlardan bəziləri Qafqaz Albaniyası dövrünə aid xristian alban qəbirləridir.

Yaşlı kənd müəllimi Nəsib Bayramovun Sputnik-ə verdiyi məlumata görə, onların yaşı bu günə qədər öyrənilməyib: "Bunun səbəblərindən biri Stalinin hakimiyyəti illərində fürsətdən istifadə edən gürcü tarixçilərin, tədqiqatlar adı altında bu kəndə gələrək qədim alban xaçlarını götürüb naməlum yerlərə aparmasıdır".

Bu kənddə yaşı bir neçə yüz il əvvələ gedib çıxan, yerli əhalinin "uruz qəbirləri" adlandırdığı müsəlman qəbirləri də var. Nəsib Bayramov əlavə edib ki, qədim qəbirlərin mövcud olduğu həmin ərazidə qədim Zəyəm şəhəri olub.

  • Zəyəm kəndində yerləşən qədim qəbiristanlıq
    Zəyəm kəndində yerləşən qədim qəbiristanlıq
    © Sputnik / Shahperi Abbasova
  • Zəyəm kəndində yerləşən qədim qəbiristanlıq
    Burada boyu 2-2,5 metrədək olan insanların qəbirləri yerləşir
    © Sputnik / Shahperi Abbasova
  • Zəyəm kəndində yerləşən qədim qəbiristanlıq
    Bunlardan bəziləri Qafqaz Albaniyası dövrünə aid xristian alban qəbirləridir
    © Sputnik / Shahperi Abbasova
  • Zəyəm kəndində yerləşən qədim qəbiristanlıq
    Qəbirlərin yaşı bu günə qədər öyrənilməyib
    © Sputnik / Shahperi Abbasova
  • Zəyəm kəndində yerləşən qədim qəbiristanlıq
    Zəyəm kəndində olan XVI-XVII əsrlərə aid qədim məzarlıqda ucaboylu insanların məzarları indi də qalmaqdadır
    © Sputnik / Shahperi Abbasova
  • Zəyəm kəndində yerləşən qədim qəbiristanlıq
    Həmin məzarlardakı insanların tacirlərə aid olduğu, Zəyəm əhalisinin əcdadları olmadığı söylənilir
    © Sputnik / Shahperi Abbasova
  • Zəyəm kəndində yerləşən qədim qəbiristanlıq
    Kənd camaatı ənənələrə uyğun olaraq, dini bayramlarda bu kimsəsiz qədim qəbirləri də ziyarət edirlər
    © Sputnik / Shahperi Abbasova
  • Zəyəm kəndində yerləşən qədim qəbiristanlıq
    Zəyəm kəndində yerləşən qədim qəbiristanlıq
    © Sputnik / Shahperi Abbasova
  • Zəyəm kəndində yerləşən qədim qəbiristanlıq
    Bu kənd öz qədim abidələrini qoruyub saxlayır
    © Sputnik / Shahperi Abbasova
1 / 9
© Sputnik / Shahperi Abbasova
Zəyəm kəndində yerləşən qədim qəbiristanlıq

XVI-XVII əsrlərdə bəzi ölkələrindən gələn tacirlərin Zəyəm bazarında ticarətlə məşğul olduqları söylənilir. Hazırda Zaqatala və Qax rayonu arasında İpək yolu üzərində yerləşən Zəyəm-dərə ərazisi Zəyəm kəndinin yerləşdiyi ərazidir.

O dövrdə sözügedən ərazidə güclü zəlzələ olub, Zəyəm və Lahıc (hazırda Zaqatala rayonu ərazisindədir) kəndi arasında yerləşən Sabunçu adlanan kənd zəlzələ nəticəsində tamamilə yerin altına çöküb.

Zəyəm kəndində olan XVI-XVII əsrlərə aid qədim məzarlıqda həmin ucaboylu insanların məzarları indi də qalmaqdadır. Həmin məzarlardakı insanların yuxarıda qeyd etdiyimiz tacirlərə aid olduğu, Zəyəm əhalisinin əcdadları olmadığı söylənilir.

Tarixçi Rövşən Musayev Sputnik-ə bildirib ki, bu kəndin tarixi III-IV əsrlərə aiddir. Zəyəm-dərə ərazisində isə qədim Zəyəm tayfalarının yaşadığı söylənilir.

Alazan çayı (Qanıx) vadisindəki Zəyəm Gürcüstanla sərhəddə yerləşir. Ermənistandan Gürcüstana köçüb gəlmiş Şirak erməniləri ilə qonşudurlar. Kənddə Qafqaz Albaniyası dövründən qaldığı deyilən xristian qəbirlərinin mövcud olması vaxtaşırı Gürcüstan tarixçiləri ilə Şirak ermənilərinin bəzi əsassız iddialarına səbəb olur. Gürcülər bu əraziləri tarixi Gürcüstan torpaqları, ermənilər isə şiraklılara məxsus ərazilər kimi qələmə verirlər. Bu səbəbdən də, tarixçi Rövşən Musayev bildirir ki, Zəyəm kəndinin tarixi ayrıca araşdırılmalı, iddiaçılara zəruri cavab verilməlidir.

"Çünki ötən əsrin 40-cı illərində Stalinin siyasəti nəticəsində kənddəki xristian qəbirlərini və yerli əhalinin ingiloy (müsəlman gürcüləri belə adlandırırlar. Amma ingiloyların əski alban tayfalarından biri olduğu bildirilir- müəl.) ləhcəsinə bənzəyən ləhcəsini əsas gətirərək onları "qədim gürcülər", ya da Şah Abbasın zamanında "İslamı qəbul etmiş gürcülər" kimi qələmə veriblər. Hətta bir müddət kənd sakinlərinin şiddətli etirazlarına baxmayaraq, kənddə gürcü dilində təhsil verən məktəb qurublar. Amma Stalinin ölümündən sonra kənd məktəbi Azərbaycan dilində təhsil verməyə başlayıb", —deyir tarixçi.

1988-ci ildən başlayaraq Ermənistanla Azərbaycan arasında yaranmış münaqişə şiraklı ermənilərin də bu ərazidə fəallaşmasına səbəb olub. Onlar bir müddət Zəyəm kəndini qorxu altında saxlayıblar. Kəndə hətta "səhvən" "Alazan" raketi də atıblar. Xoşbəxtlikdən o raket partlamayıb.

Qeyd edək ki, Qanıx çayı tədricən torpağı yuyaraq öz yatağını Azərbaycan sərhədlərinin içərilərinə doğru dəyişdiyindən, Zəyəm kəndinin ərazilərinin bir hissəsi Qanıx çayı sularının altında qalır.

Nəticədə Gürcüstan əraziləri Azərbaycan torpaqları hesabına genişlənir. Xatırladaq ki, bu faktı tarixçi-alim Yaqub Mahmudov də dəfələrlə səsləndirib.

Əsrlərdir Alazanın vaxtaşırı daşması və kənd ərazisinin sel altında qalmasına baxmayaraq, bu kənd öz qədim abidələrini qoruyub saxlayır. Hətta kənd camaatı ənənələrə uyğun olaraq, dini bayramlarda bu kimsəsiz qədim qəbirləri də ziyarət edirlər. Azərbaycan rəsmiləri isə, həmişə olduğu kimi, indi də Azərbaycanın bu qədim yaşayış məskəninə laqeyd münasibət bəsləməkdə davam edir.

Əlaqədar

Şəkili sənətkarlar həyəcan təbili çalırlar
Sonuncu xanın Zaqafqaziya gözəlinə son hədiyyəsi - bənzəri yoxdur
Rusları heyran edən azərbaycanlı: bu adam min illik tarixi yaşadır
"Ağa pulu haramdır, Allahın evinə layiq deyil"
Teqlər:
Lahıc, Zəyəm, Stalin, alban, məzar, qədim insan məskəni, qəbir, qəbiristanlıq

Əsas mövzular