07:22 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
498020

Ağstafada atası tərəfindən öldürülən uşağın anası o dəhşətli qətl anını Sputnik-ə anladıb.

Hikmət Orhun, Sputnik

BAKI, 2 aprel-Sputnik. Ağstafa rayon Qırılı kəndində baş verən cinayət hadisəsində ata Pərvanəyev Famil azyaşlı oğlu Pərvanəyev Şəmsəddini döyərək öldürüb. Hadisə şahidlərin bildirdiyinə görə, mart 31-də axşam saatlarında baş verib.

Yaxınları kənd sakini Şəmsəddin Pərvanəyevin döyülərək bədən xəsarətləri alması ilə bağlı təcili yardıma xəbər veriblər, həkim briqadası hadisə yerinə çatanda 6 yaşlı uşağın taxta ilə döyülüb, öldürülməsi məlum olub.

Hadisə baş verməzdən bir az qabaq Şəmsəddinin nalayiq söz işlətməsi onun atasının hiddətlənməsinə səbəb olub.

Hadisənin əsas şahidlərindən biri, mərhumun anası Jalə Musayeva Sputnik-in əməkdaşına deyib ki, Famil oğlunu bağda söydüyü söyüşə görə, həyətdə döyüb: "Oğlumu söyüş söydüyü üçün həyətdə vəhşi kimi döydü. Sonra ürəyi soyumadı, otağa salıb, dedi ki, kəndir gətirin, çaprayıya bağlayacam. Əlindəki sopa ilə başının sağ tərəfindən vurub, öldürdü balamı. Elə bircə dəfə "başım ağrıyır" deyib, keçindi oğlum. Onun nəfəsi dayananda evimizdəki yeganə saat da dayandı".

  • Uşaq nalayiq ifadələr işlətdiyi üçün atası əvvəlcə onu həyətdə amansızcasına döyüb
    Uşaq nalayiq ifadələr işlətdiyi üçün atası əvvəlcə onu həyətdə amansızcasına döyüb
    © Sputnik / Hikmet Orhun
  • Bundan da ürəyi soyumayan övlad qatili uşağı otağa salaraq çarpayıya bağlayıb və orada döyərək öldürüb
    Bundan da ürəyi soyumayan övlad qatili uşağı otağa salaraq çarpayıya bağlayıb və orada döyərək öldürüb
    © Sputnik / Hikmet Orhun
  • Anası deyir ki, balamın ürək döyüntüləri dayanan kimi evdəki saatın əqrəbləri də dayandı
    Anası deyir ki, balamın ürək döyüntüləri dayanan kimi evdəki saatın əqrəbləri də dayandı
    © Sputnik / Hikmet Orhun
  • Şəmsəddin bacısı ilə bərabər həyətdə gül əkməyi çox sevirmiş
    Şəmsəddin bacısı ilə bərabər həyətdə gül əkməyi çox sevirmiş
    © Sputnik / Hikmet Orhun
  • Anasına də məişətdə kömək edər, paltar yuyanda, yemək bişirəndə yanından əl çəkməzdi
    Anasına də məişətdə kömək edər, paltar yuyanda, yemək bişirəndə yanından əl çəkməzdi
    © Sputnik / Hikmet Orhun
  • Deyilənə görə, Famil Pərvanəyev əvvəllər də oğluna və həyat yoldaşına olmazın işgəncələr verirmiş
    Deyilənə görə, Famil Pərvanəyev əvvəllər də oğluna və həyat yoldaşına olmazın işgəncələr verirmiş
    © Sputnik / Hikmet Orhun
1 / 6
© Sputnik / Hikmet Orhun
Uşaq nalayiq ifadələr işlətdiyi üçün atası əvvəlcə onu həyətdə amansızcasına döyüb

O, bildirib ki, Şəmsəddin sentyabr ayında məktəbə gedəsi imiş: "Oğlumu aprelin 1-də məktəbə qədər hazırlığa yollayacaqdım, məzara yolladım. O, mənim arxa-dayağım idi. Paltar yuyanda, yemək bişirəndə yanımdan əl çəkməz, başıma pərvanə olardı. Hər işdə kömək edərdi, yanımda olardı. Bacısı ilə bərabər qapıda gül əkmişdi, canını tapşırandan sonra güllər də ayaqaltı oldu".

Jalə Musayeva oğlunu öldürdüyünə görə, həyat yoldaşına təkcə hüquq mühafizə orqanlarından deyil, Allahdan da ən ağır cəza istəyib: "O cani məni oğlumdan elədi. Sonra isə mənə dedi, bu barədə polisə heç bir məlumat verməyim, deyim ki, yıxılıb ölüb. Etiraz edəndə gözü yaşlı-yaşlı məni də döydü, anamı da vurdu. Oğlunun ölümünü belə gizlətmək istədi. Ata deyil o. Ən ağır cəzaya layiqdir. Ölüm arzulamıram, arzu edirəm, yaşasın və bir ömür boyu zülm çəksin".

Hadisənin digər şahidi, Şəmsəddin Pərvanəyevin nənəsi May Musayevanın dediyinə görə, uşağı atasının əlindən ala bilməyiblər. Əvvəllər də oğluna və həyat yoldaşına olmazın işgəncələr verən Famil Pərvanəyev uşağın döyülməsinə qarşı çıxanda qayınanasını da döyüb:

"Qızım və kürəkənimin münasibətləri heç zaman yaxşı olmayıb, çox vaxt uşaqlarını da səbəbsiz yerə döyürdü. Nəvəmi gözümün qabağında ağacla döyüb, öldürdü. O biri dünyaya gözü açıq getdi nəvəm. Şəmsəddinin döyülməsinə mane olmaq, onu kürəkənimin əlindən almaq istəyəndə isə qızımla məni də döydü. O şəkildə döydü ki, qızımın gözü yaxşı görmür, mənim ayağım tutmur. Oğul qatili olan o caniyə ən ağır cəza istəyirəm dövlətimdən".

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bu cinayət faktı ilə bağlı araşdırma aparılır.

Teqlər:
Pərvanəyev Famil, Pərvanəyev Şəmsəddin, Jalə Musayeva, Ağstafa, qətl

Əsas mövzular