CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Atasının öldürdüyü uşağın anası: "Oğlumun nəfəsi dayananda saat da dayandı"

© Sputnik / Hikmet OrhunMərhum Şəmsəddin Pərvanəyevin anası Jalə Musayeva
Mərhum Şəmsəddin Pərvanəyevin anası Jalə Musayeva - Sputnik Azərbaycan
Abunə olmaq
Ağstafada atası tərəfindən öldürülən uşağın anası o dəhşətli qətl anını Sputnik-ə anladıb.

Hikmət Orhun, Sputnik

BAKI, 2 aprel-Sputnik. Ağstafa rayon Qırılı kəndində baş verən cinayət hadisəsində ata Pərvanəyev Famil azyaşlı oğlu Pərvanəyev Şəmsəddini döyərək öldürüb. Hadisə şahidlərin bildirdiyinə görə, mart 31-də axşam saatlarında baş verib.

Yaxınları kənd sakini Şəmsəddin Pərvanəyevin döyülərək bədən xəsarətləri alması ilə bağlı təcili yardıma xəbər veriblər, həkim briqadası hadisə yerinə çatanda 6 yaşlı uşağın taxta ilə döyülüb, öldürülməsi məlum olub.

Hadisə baş verməzdən bir az qabaq Şəmsəddinin nalayiq söz işlətməsi onun atasının hiddətlənməsinə səbəb olub.

Hadisənin əsas şahidlərindən biri, mərhumun anası Jalə Musayeva Sputnik-in əməkdaşına deyib ki, Famil oğlunu bağda söydüyü söyüşə görə, həyətdə döyüb: "Oğlumu söyüş söydüyü üçün həyətdə vəhşi kimi döydü. Sonra ürəyi soyumadı, otağa salıb, dedi ki, kəndir gətirin, çaprayıya bağlayacam. Əlindəki sopa ilə başının sağ tərəfindən vurub, öldürdü balamı. Elə bircə dəfə "başım ağrıyır" deyib, keçindi oğlum. Onun nəfəsi dayananda evimizdəki yeganə saat da dayandı".

© Sputnik / Hikmet OrhunUşaq nalayiq ifadələr işlətdiyi üçün atası əvvəlcə onu həyətdə amansızcasına döyüb.
Uşaq nalayiq ifadələr işlətdiyi üçün atası əvvəlcə onu həyətdə amansızcasına döyüb - Sputnik Azərbaycan
1/6
Uşaq nalayiq ifadələr işlətdiyi üçün atası əvvəlcə onu həyətdə amansızcasına döyüb.
© Sputnik / Hikmet OrhunBundan da ürəyi soyumayan övlad qatili uşağı otağa salaraq çarpayıya bağlayıb və orada döyərək öldürüb.
Bundan da ürəyi soyumayan övlad qatili uşağı otağa salaraq çarpayıya bağlayıb və orada döyərək öldürüb - Sputnik Azərbaycan
2/6
Bundan da ürəyi soyumayan övlad qatili uşağı otağa salaraq çarpayıya bağlayıb və orada döyərək öldürüb.
© Sputnik / Hikmet OrhunAnası deyir ki, balamın ürək döyüntüləri dayanan kimi evdəki saatın əqrəbləri də dayandı.
Anası deyir ki, balamın ürək döyüntüləri dayanan kimi evdəki saatın əqrəbləri də dayandı - Sputnik Azərbaycan
3/6
Anası deyir ki, balamın ürək döyüntüləri dayanan kimi evdəki saatın əqrəbləri də dayandı.
© Sputnik / Hikmet OrhunŞəmsəddin bacısı ilə bərabər həyətdə gül əkməyi çox sevirmiş.
Şəmsəddin bacısı ilə bərabər həyətdə gül əkməyi çox sevirmiş - Sputnik Azərbaycan
4/6
Şəmsəddin bacısı ilə bərabər həyətdə gül əkməyi çox sevirmiş.
© Sputnik / Hikmet OrhunAnasına də məişətdə kömək edər, paltar yuyanda, yemək bişirəndə yanından əl çəkməzdi.
Anasına də məişətdə kömək edər, paltar yuyanda, yemək bişirəndə yanından əl çəkməzdi - Sputnik Azərbaycan
5/6
Anasına də məişətdə kömək edər, paltar yuyanda, yemək bişirəndə yanından əl çəkməzdi.
© Sputnik / Hikmet OrhunDeyilənə görə, Famil Pərvanəyev əvvəllər də oğluna və həyat yoldaşına olmazın işgəncələr verirmiş.
Deyilənə görə, Famil Pərvanəyev əvvəllər də oğluna və həyat yoldaşına olmazın işgəncələr verirmiş - Sputnik Azərbaycan
6/6
Deyilənə görə, Famil Pərvanəyev əvvəllər də oğluna və həyat yoldaşına olmazın işgəncələr verirmiş.
1/6
Uşaq nalayiq ifadələr işlətdiyi üçün atası əvvəlcə onu həyətdə amansızcasına döyüb.
2/6
Bundan da ürəyi soyumayan övlad qatili uşağı otağa salaraq çarpayıya bağlayıb və orada döyərək öldürüb.
3/6
Anası deyir ki, balamın ürək döyüntüləri dayanan kimi evdəki saatın əqrəbləri də dayandı.
4/6
Şəmsəddin bacısı ilə bərabər həyətdə gül əkməyi çox sevirmiş.
5/6
Anasına də məişətdə kömək edər, paltar yuyanda, yemək bişirəndə yanından əl çəkməzdi.
6/6
Deyilənə görə, Famil Pərvanəyev əvvəllər də oğluna və həyat yoldaşına olmazın işgəncələr verirmiş.

O, bildirib ki, Şəmsəddin sentyabr ayında məktəbə gedəsi imiş: "Oğlumu aprelin 1-də məktəbə qədər hazırlığa yollayacaqdım, məzara yolladım. O, mənim arxa-dayağım idi. Paltar yuyanda, yemək bişirəndə yanımdan əl çəkməz, başıma pərvanə olardı. Hər işdə kömək edərdi, yanımda olardı. Bacısı ilə bərabər qapıda gül əkmişdi, canını tapşırandan sonra güllər də ayaqaltı oldu".

Jalə Musayeva oğlunu öldürdüyünə görə, həyat yoldaşına təkcə hüquq mühafizə orqanlarından deyil, Allahdan da ən ağır cəza istəyib: "O cani məni oğlumdan elədi. Sonra isə mənə dedi, bu barədə polisə heç bir məlumat verməyim, deyim ki, yıxılıb ölüb. Etiraz edəndə gözü yaşlı-yaşlı məni də döydü, anamı da vurdu. Oğlunun ölümünü belə gizlətmək istədi. Ata deyil o. Ən ağır cəzaya layiqdir. Ölüm arzulamıram, arzu edirəm, yaşasın və bir ömür boyu zülm çəksin".

Hadisənin digər şahidi, Şəmsəddin Pərvanəyevin nənəsi May Musayevanın dediyinə görə, uşağı atasının əlindən ala bilməyiblər. Əvvəllər də oğluna və həyat yoldaşına olmazın işgəncələr verən Famil Pərvanəyev uşağın döyülməsinə qarşı çıxanda qayınanasını da döyüb:

"Qızım və kürəkənimin münasibətləri heç zaman yaxşı olmayıb, çox vaxt uşaqlarını da səbəbsiz yerə döyürdü. Nəvəmi gözümün qabağında ağacla döyüb, öldürdü. O biri dünyaya gözü açıq getdi nəvəm. Şəmsəddinin döyülməsinə mane olmaq, onu kürəkənimin əlindən almaq istəyəndə isə qızımla məni də döydü. O şəkildə döydü ki, qızımın gözü yaxşı görmür, mənim ayağım tutmur. Oğul qatili olan o caniyə ən ağır cəza istəyirəm dövlətimdən".

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bu cinayət faktı ilə bağlı araşdırma aparılır.

Xəbər lenti
0