01:26 19 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Fəzail İbrahimoğlu

Parlamentdə Hacıbala Abutalıbov "topa tutuldu"

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
313 0 0

Fəzail İbrahimli: "Bir yolumuz var - cəmiyyətə "göz dağı" çəkənlərə, uğurları gözdən salanların, ortada yeyib qıraqda gəzənlərin, "altımdakı kreslo Süleymanın taxtıdır, Allah bəxtimi açıb, varlanmağın vaxtıdır" əxlaqı ilə yaşayanların qarşısında sipər olmaq"

BAKI, 15 mart — Sputnik. "Məmurların qapıları açıq olmalıdır. Telefonları üzümüzə açıq olmalıdır. Burada təzad var. Qapı var, taybatay açılır. Qapı da var, az qalır üstündə yazılsın ki, "bura quş gəlsə, qanad salar".

Sputnik xəbər verir ki, bunu millət vəkili Fəzail İbrahimli Milli Məclisin bu günkü plenar iclasında deyib: "Məsələn, faktlara keçək. Kim deyə bilər ki, baş nazir Artur Rasizadə ilə hər hansı bir problemi həll etmək çətindir? Heç kim deyə bilməz. Çünki, Artur Rasizadə ölkədə məmur əxlaqı məktəbinin banisidir".

"Kim deyə bilər ki, daxili işlər naziri ilə hər hansı problemi həll etmək zaman aparır? Heç kim deyə bilməz. Kim deyə bilər: Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə hər hansı bir məsələni həll etmək, görüşmək, söhbət etmək mümkündürmü? Kim deyə bilirsə, getsin, "Ginnesin rekordlar kitabı"na adını yazdırsın", —deyə deputat vurğulayıb.

F. İbrahimlinin sözlərinə görə, deputatların iki yolu var: "Birinci yol, bununla razılaşıb, poetik dildə desək, ümidi üzüb, Kərəmin gününə düşmək. Bu, yol deyil. Mandatına hörmət deyil. Bir yol var ancaq: Dövlət başçısının "Azərbaycanda toxunulmaz adam yoxdur, məmur xalqın xidmətçisidir, məmur təvazökar olmalıdır" çağırışına qoşulmaq, cəmiyyətə "göz dağı" çəkənlərə, uğurları gözdən salanların, ortada yeyib qıraqda gəzənlərin, "altımdakı kreslo Süleymanın taxtıdır, Allah bəxtimi açıb, varlanmağın vaxtıdır" əxlaqı ilə yaşayanların qarşısında sipər olmaq".

Əlaqədar

Məmurlarla üz-üzə gəlmədən ünvanlı sosial yardım almaq mümkün olacaq
Millət vəkilindən ilginc açıqlama: "Hansısa məmur situasiyadan istifadə edə bilər"
"İşdən çıxarılacaq məmurları istehsalata cəlb etmək lazımdır"
Adı 20 milyonluq villalarda hallanan məmur danışdı: "Məni başa düşün. Çox gərginəm"
Ötən il 16 korrupsioner məmur cinayət başında yaxalanıb
Teqlər:
Bakı Şəhər İcra Hakimiyyəti, məmur, millət vəkili, Fəzail İbrahimli

Əsas mövzular