17:52 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
12611

Cənub bölgəsində mənzil bazarında ciddi böhran hökm sürür. Son aylarda alqı-satqının tamamilə dayandığı bildirilir.

BAKI, 11 mart — Sputnik. Lənkəran şəhərində son 3 ay ərzində daşınmaz əmlak bazarında tam durğunluq hökm sürür. Baxmayaraq ki, inşaat mallarında qiymət artımı var, amma daşınmaz əmlak alqı-satqısı demək olar, tam dayanıb. Hətta mənzil və ev kirayə tutanların sayında da azalma var. 

Məsələ ilə bağlı Sputnik-in bölgə müxbiri daşınmaz əmlakın alqı-satqısı üzrə 2 mütəxəssisə müraciət edib. Lənkəran şəhərinin 2-ci mikrorayon ərazisində fəaliyyət göstərən Nurəddin Fərzullayevin bildirdiyinə görə, 2-ci devalivasiyadan sonra mənzil alqı-satqısında tam durğunluq yaşanır və qiymətlərdə azalma var:

Nurəddin Fərzullayev, daşınmaz əmlakın alqı-satqısı üzrə mütəxəssis
© Sputnik / Rahim Zakiroglu
Nurəddin Fərzullayev, daşınmaz əmlakın alqı-satqısı üzrə mütəxəssis

"Son 3 ay ərzində demək olar, mənzil alan yoxdur. Qiymətlərə gəldikdə, 1 otaqlı mənzillər 15- 20 min manat, 2 otaqlı 25-30 min manat, 3 otaqlı mənzillər 35-40 min manat, 4 və ya 5 otaqlı mənzillər isə 40-45 min manat arasında dəyişir".

"Bu da yəni mənzillərin şəraitindən, təmirindən asılıdır. Alıcı qüvvəsi keçən illə müqayisədə xeyli azalıb", —deyə ekspert bildirdi.

Müsahibimiz mənzil kirayəsində də azalma olduğunu deyir: "Əvvəllər mənzil kirayəsinə tələbət çox idi, amma bu il elə deyil. 2 otaqlı mənzillər 100-120 manat, 3 otaqlılar isə 150-200 manat civarında dəyişir. Burada da təbii ki, qiymətlər mənzillərin şəraitindən asılı olaraq dəyişir".

Şakir Şükürov, daşınmaz əmlakın alqı-satqısı üzrə mütəxəssis
© Sputnik / Rahim Zakiroglu
Şakir Şükürov, daşınmaz əmlakın alqı-satqısı üzrə mütəxəssis

Lənkəranın həyət evləri və şəhərə yaxın kəndlərdə — Sütəmurdov, Digah, Şilavar və Girdəni ərazilərində torpaq sahələrini satışında vəziyyəti öyrənmək üçün isə digər bir əmlak mütəxəssisinə müraciət etdik. Şakir Şükürov bildirdi ki, həyət evlərinin satışı ümumiyyətlə dayanıb: "3 aydır heç bir ev sata bilmirəm. Durum çox ağırlaşıb. Gələn-gedən yoxdur".

"Evlərin qiymətləri şəhərdə yerləşməsində asılıdır. Şəhərətrafı yerlərdə həyət evləri 40-100 min manat civarında, mərkəz hissələrdə isə 150-300 min manat civarında dəyişir", —deyə ekspert bildirdi.

Onun sözlərinə görə, şəhər ərazisində 1 sot torpaq 5-10 min manat, Şilavar, Digah, Sütəmurdov və şəhərə daha yaxın olan digər kəndlərdə isə 1 sot torpaq sahəsi 1000-1500 manata satılır. Hər iki mütəxəssis Daşınmaz əmlak bazarındakı durğunluğu devalvasiya ilə əlaqələndirir.

  • Son aylar Lənkəranın daşınmaz əmlak bazarında tam durğunluq hökm sürür
    Son aylar Lənkəranın daşınmaz əmlak bazarında tam durğunluq hökm sürür
    © Sputnik / Rahim Zakiroglu
  • Bəzi evlərin, həyətlərin qapısından bu tip elanlar aylarla asılmış qalır
    Bəzi evlərin, həyətlərin qapısından bu tip elanlar aylarla asılmış qalır
    © Sputnik / Rahim Zakiroglu
  • Yeni tikili binalardakı mənzlillərə də tələb kəskin azalıb
    Yeni tikili binalardakı mənzlillərə də tələb kəskin azalıb
    © Sputnik / Rahim Zakiroglu
  • Şəhərətrafı yerlərdə həyət evləri 40-100 min manat civarında, mərkəz hissələrdə isə 150-300 min manat civarında dəyişir
    Şəhərətrafı yerlərdə həyət evləri 40-100 min manat civarında, mərkəz hissələrdə isə 150-300 min manat civarında dəyişir
    © Sputnik / Rahim Zakiroglu
1 / 4
© Sputnik / Rahim Zakiroglu
Son aylar Lənkəranın daşınmaz əmlak bazarında tam durğunluq hökm sürür

Əlaqədar

MTK-lara ödədiyimiz "mənzil haqları" hara gedir?
"Problemli MTK olmayan" şəhərdə bir mənzili 5 nəfərə kim satır?
Hərbçilərə təhsil, mənzil, milli yeməklər və iş
"Sovetski"də evləri kiçik olan sakinlərə mənzil veriləcək
Teqlər:
əmlak, devalvasiya, mənzil, Lənkəran, qiymət

Əsas mövzular