02:03 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

"Bunu bacarsaq, ən varlı dövlətlərdən birinə çevrilə bilərik"

CƏMİYYƏT
Qısa URL
200

Ekologiya sahəsində Azərbaycanın reytinqi artıb. Ekspertlər "ekoloji effektivlik indeksi"nə görə, ölkəmizin 31-ci yerə yüksəlməsini müzakirə ediblər.

"Bunu bacarsaq, ən varlı dövlətlərdən birinə çevrilə bilərik"
BAKI, 8 fev — Sputnik. Fevralın 8-də "Sputnik" Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanın ekoloji problemləri və onların həlli ilə bağlı prioritet fəaliyyətlər" mövzusunda mətbuat konfransı keçirilib. Tədbirdə Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) şöbə müdiri Rasim Səttarzadə və beynəlxalq əlaqələr şöbəsinin müdiri İsa Əliyev iştirak ediblər.

Kütləvi informasiya vasitələri Environmental Performance Index-ə (EPI) istinadla Azərbaycanın "ekoloji effektivlik indeksi"nə görə, 180 ölkə arasında 31-ci yerə yüksəldiyi barədə xəbər yaymışdılar. Rasim Səttarzadənin sözlərinə görə, bir çox istiqamətlər üzrə qiymətləndirmə zamanı Azərbaycan ilk onluğa daxil olub: "Sevindirici hal odur ki, Azərbaycan, 180 ölkə arasında aparılmış araşdırmaların nəticəsi olaraq, ətraf mühitin yaxşılaşdırılması sahəsində belə yerə layiq görülüb. Bu da sössüz ki ətraf mühit sahəsində aparılan fəaliyyətin effektivliyini göstərir".

"Qiymətləndirmə 9 istiqamət və 20 göstərici üzrə aparılıb. Bunların bir çoxu üzrə Azərbaycan ilk onluqda olub. Bu o demək deyil ki, Azərbaycanda ekoloji vəziyyət əladır, bu o deməkdir ki, Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlər effektivlidir", — ETSN rəsmisi bildirib.

Ekspertlər qeyd ediblər ki, ölkədə tullantıların miqdarı ilə bağlı problem var. Telman Zeynalovun sözlərinə görə, təkrar emal tullantı miqdarını 53 milyon tondan sıfıra qədər endirə bilər: "Əgər biz tullantılarımızı səmərəli təkrar emala buraxsaq, atmosferə sıfır tullantı atacağıq, çünki əsas tullantı onlardan gedir. Mənə elə gəlir ki, biz 100% tullantıları təmamilə idarə edə bilsək, dünyada analoqu olmayan ən varlı dövlətlərin birinə çevrilə bilərik".

İsa Əliyev isə qeyd edib ki, gələcəkdə baş verə biləcək mənfi halların qarşısını almaq üçün ölkədə müxtəlif tədbirlər həyata keçirilir: "400-dən artıq kənddə yeni su təmizləyici qurğular quraşdırılıb, 600 mindən artıq insan bu qurğularla təmin olunub. Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə pilot layihə həyata keçirilib".

"Bunlar gələcəkdə iqlim dəyişikliyi nəticəsində baş verə biləcək su defisitini aradan qaldırmaq və regionumuzda baş verə biləcək digər mənfi halların qarşısını almaq üçün keçirilir. Sistemli həyata keçirilən bu tədbirlər yavaş-yavaş bu təsir və təyziqlərin qarşısını alır", —deyə nazirlik rəsmisi əlavə edib.

Ekspertlər onu da qeyd ediblər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son 15 il ərzində gördüyü işləri heç kəs dana bilməz. "Bu işlər nəticəsində ölkədə yaşıllıq əraziləri böyüyüb, meşə sahələri isə son ildə 4 faiz artaraq, Respublika əzarisinin 11.8 faizini əhatə edib", —deyə tədbirdə vurğulanıb.

Əlaqədar

Ekologiya nazirinə "Şöhrət" ordeni niyə verilib?
Bakı daha bir ekoloji fəlakət ərəfəsində
Ekoloq Telman Zeynalovun mətbuat konfransı
Ekoloqdan sensasion açıqlama
Ekoloji fəlakət gözlənilir: Azərbaycan sürüşəcək
Teqlər:
İsa Əliyev, Rasim Səttarzadə, Telman Zeynalov, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzi, "Azərbaycanın ekoloji problemləri və onların həlli ilə bağlı prioritet fəaliyyətlər", Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Əsas mövzular