20:09 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Damara iynə vurulması

Onlar paytaxtı bürüyür: "Pul qarşılığında damara iynə vururam"

© Sputnik / Kirill Braga
CƏMİYYƏT
Qısa URL
92312

Ölkədə sosial durumun ağırlaşması, şəhərdə cürbəcür xidmətlərin təklif edildiyi elanların sayını günbəgün artırır. Ekspertlərin bu gedişatın təhlükəli nəticələrə səbəb olacağından narahatdırlar.

BAKI, 5 fev — Sputnik. Aşağıda gördüyünüz bu və buna bənzər elanlara yəqin ki, çoxumuz tez-tez rast gəlirik. İnsanların sosial halını göstərən bu tip elanlar, əslində məruz qaldığımız ağır sosil-iqtisadi vəziyyətdən xəbər verir.

Медицинские услуги
© Sputnik / Fuad Hasanov
Объявления такого типа являются показателем социального положения людей
Körpə uşaqları ac qalmasın deyə, qapılarda dayəlik etmək istəyənlər, tibbdən anlayışı olmamasına rəğmən, pula görə sistem asıb damara iynə vuranlar, ailə sürücüsü və s. bu kimi iş axtaranların sayı hər gün daha da çoxalır. Aşağıdakı şəkildə göründüyü kimi, bu gün dolanışıq üçün dayəlik işi axtaranların sayı pik həddə çatıb. Belə elanlardan biri də Bayıl qəsəbəsində yerləşən məşhur "16 mərtəbə" deyilən binanın blokuna vurulub.

Sosial mövzu olduğu üçün elan marağımızı cəlb etdi. Ona görə də kağızda qeyd olunan telefon nömrəsi ilə əlaqə saxladıq və 1 uşaq üçün aylıq dayəlik xidmətinin qiymətini öyrəndik. Qarşı tərəfin bir ay üçün tələb etdiyi məbləğ olduqca aşağı idi, üstəlik telefondakı xanım əlavə xidmətlərini də sıraladı. 2 nəfər uşağa, həftənin bütün günləri, gündə 6 saat olmaqla 1 ay üçün cəmi 150 manat istəyən xanım, əlavə olaraq onları park gəzintisinə çıxara biləcəyini də dedi.

"Hökumət iqtisadi böhran olduğunu açıq etiraf edir, ancaq bunun təsirlərini azaltmaq üçün ciddi addımlar atmır". Bunu Sputnik-ə paytaxtdakı avtoyuma servislərindən birində işləyən İsmail Məmmədov deyib.

Onun sözlərinə görə, iş yarmarkaları keçirib telekanallarda göstərməklə heç nə həll edilmir: "O yarmarkalara mən də getmişəm. Təklif etdikləri maaşla ancaq 3 gün normal yaşamaq olar, o da tək adam üçün. Özü də maraqlıdır ki, telekanallarda yarmarkalar keçirildiyini göstərirlər, ancaq təklif olunan məvaciblər barəsində heç nə danışmırlar".

Услуги няни
© Sputnik / Fuad Hasanov
Объявления такого типа часто встречаются на дверях домов

Xəbərin əvvəlində qeyd etdiyimiz kimi, dolanışıq üçün özünü tibb bacısı kimi tanıdıb sistem asmağı, damara iynə vurmağı bacardığını deyən xanımların da sayı artıb. Sağlamlıq baxımından həssas mövzu olduğu üçün, məsələni bir az da araşdırmaq qərarına gəldik. Bu səbəblə də tibbi ekspert Rasif Bağırovla əlaqə saxladıq.

Bağırov Sputnik-ə açıqlamasında damara iynə vurma prosesinin ciddi və təhlükəli olduğunu bildirib: "Vena daxilinə iynə vurulması bəzi insanlara ilk baxışdan asan və təhlükəsiz görünür. Əslində isə bu işi güclü tibbi ixtisası və təcrübəsi olan insanlar etməlidir. Məsələ təkcə venanın deşilməsi və iynənin yeridilməsi deyil. Əgər texniki təhlükəsizlik gözlənilməsə, damar divarları zədələnə bilər".

"Adicə damara iynə yeridilən zaman dərinin düzgün deşilməməsi elə ağır proseslərə səbəb olur ki, xəstə sonradan invalid halına da düşə bilər, ürək əməliyyatına da məcbur qala bilər. Hətta ölüm halı da ola bilər", —deyir ekspert.

Предлагаются услуги личного водителя
© Sputnik / Fuad Hasanov
Предлагаются услуги личного водителя

Ona görə də, damara iynə vurulması prosesinin kifayət qədər ciddi, professionallıq tələb edən bir iş olduğunu vurğulayır: "Hətta xəstəxanaların özündə belə bu işi hər həkimə vermirlər. Ancaq təcrübəli və bacarıqlı həkimlər təyin edilir".

Görünən odur ki, əhalinin sosial rifahının günbəgün çökməsi insanların psixoloji durumuna olduqca mənfi təsir göstərir və maddi imkansızlıqla üzləşən təbəqə pul qazanmaq üçün hər yola baş vurur.

Əlaqədar

Bilirsiniz, əsl kasıblıq dövrü nə vaxt başlayacaq?
Rusiyada 22 milyon adam kasıb yaşayır
Mixail Saakaşvili:Ukrayna Avropanın ən kasıb ölkəsinə çevrilib
Telman İsmayılov rəsmən müflis elan olundu
Prezident İlham Əliyev rəsmən matəm elan etdi
Teqlər:
sosial problem, tibb bacısı, baxıcı, dayə, devalvasiya, sürücü, elan

Əsas mövzular