01:41 18 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
Neptun Supermarket

"Neptun" market: rəfdə bir, kassada isə başqa qiymət

sputnik.az/Fuad Həsənov
CƏMİYYƏT
Qısa URL
124942

Baş direktor Vüqar İbrahimov: Kassada deyilən qiymət rəflərdə yazılan qiymətdən bahadırsa rəfdəki qiyməti ödəsinlər. Kassirdən bunu tələb etsinlər.

BAKI, 15 dek – Sputnik. Əsasən iri həcmli marketlərdə, bəzən malın üzərində yazılan qiymətlə kassada vurulan qiymət üst-üstə düşmür. Səbəbini soruşanda isə kassirlər qiymətin səhv yazıldığını, fərq yüksək olduqda isə üzr istəyib, yanlışlığa yol verdiklərini bildirirlər. 

«Neptun» marketdə bu cür halla qarşılaşan bir neçə vətəndaşın şikayətlərini yerində araşdırmaq üçün Sputnik olaraq marketin Tbilisi prospektində yerləşən filialına yaxınlaşdıq. 

Marketin inzibatçısı Fərid Nəsirov, vətəndaşların şikayətlərini daim nəzərə aldıqlarını, qiymətlərdə hər hansı səhvə yol verildiyində dərhal düzəliş etdiklərini dedi.

“Təkcə “Azərsun” şirkətinə aid 10-a yaxın məhsulda 1 gündə fərqli qiymət dəyişiklikləri olur. Bu səbəblə də qiymət cədvəlini anında hazırlayıb rəflərə vurmaq mümkün olmur”. Bunu isə Sputnik-ə özəl müsahibəsində Neptun marketlər şəbəkəsinin baş direktoru Vüqar İbrahimov deyib.

Neptun Supermarket
sputnik.az/Fuad Həsənov
Neptun Supermarket

Onun sözlərinə görə, marketdə 22 minə yaxın məhsul var və bir çox şirkətlər öz mallarının qiymətlərini tez-tez dəyişirlər. 

“Qiymətlərdə tez-tez dəyişikliklər olduğunnan biz bunu rəflərə anında yazdıra bilmirik. Sadəcə bir məhsulda qiymət dəyişikliyini rəfə yazdırmaq bizə 30-40 qəpiyə başa gəlir. Ancaq buna baxmayaraq, vətəndaşların bilməsini istəyirik ki, kassada deyilən qiymət rəflərdə yazılan qiymətdən bahadırsa onlar rəfdəki qiyməti ödəsinlər. Kassirdən bunu tələb etsinlər”, — deyə İbrahimov əlavə edib. 

Əlaqədar

Bu marketlərdən ərzaq almayın
Bu marketlərdən ərzaq almaq məsləhət deyil
Teqlər:
supermarketlərdə qiymətlər, supermarketlərdə qiymət, marketlərdə qiymətlər, marketlərdə qiymət, "Azərsu" ASC, Azərsun Holdinq, Azərsun, Neptun Supermarket, Fərid Nəsirov, Tbilisi prospekti, Bakı, Azərbaycan

Əsas mövzular