CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Neptun" market: rəfdə bir, kassada isə başqa qiymət

© sputnik.az/Fuad HəsənovNeptun Supermarket
Neptun Supermarket - Sputnik Azərbaycan
Abunə olmaq
Baş direktor Vüqar İbrahimov: Kassada deyilən qiymət rəflərdə yazılan qiymətdən bahadırsa rəfdəki qiyməti ödəsinlər. Kassirdən bunu tələb etsinlər.

BAKI, 15 dek – Sputnik. Əsasən iri həcmli marketlərdə, bəzən malın üzərində yazılan qiymətlə kassada vurulan qiymət üst-üstə düşmür. Səbəbini soruşanda isə kassirlər qiymətin səhv yazıldığını, fərq yüksək olduqda isə üzr istəyib, yanlışlığa yol verdiklərini bildirirlər. 

«Neptun» marketdə bu cür halla qarşılaşan bir neçə vətəndaşın şikayətlərini yerində araşdırmaq üçün Sputnik olaraq marketin Tbilisi prospektində yerləşən filialına yaxınlaşdıq. 

Marketin inzibatçısı Fərid Nəsirov, vətəndaşların şikayətlərini daim nəzərə aldıqlarını, qiymətlərdə hər hansı səhvə yol verildiyində dərhal düzəliş etdiklərini dedi.

“Təkcə “Azərsun” şirkətinə aid 10-a yaxın məhsulda 1 gündə fərqli qiymət dəyişiklikləri olur. Bu səbəblə də qiymət cədvəlini anında hazırlayıb rəflərə vurmaq mümkün olmur”. Bunu isə Sputnik-ə özəl müsahibəsində Neptun marketlər şəbəkəsinin baş direktoru Vüqar İbrahimov deyib.

© sputnik.az/Fuad HəsənovNeptun Supermarket
Neptun Supermarket - Sputnik Azərbaycan
Neptun Supermarket

Onun sözlərinə görə, marketdə 22 minə yaxın məhsul var və bir çox şirkətlər öz mallarının qiymətlərini tez-tez dəyişirlər. 

“Qiymətlərdə tez-tez dəyişikliklər olduğunnan biz bunu rəflərə anında yazdıra bilmirik. Sadəcə bir məhsulda qiymət dəyişikliyini rəfə yazdırmaq bizə 30-40 qəpiyə başa gəlir. Ancaq buna baxmayaraq, vətəndaşların bilməsini istəyirik ki, kassada deyilən qiymət rəflərdə yazılan qiymətdən bahadırsa onlar rəfdəki qiyməti ödəsinlər. Kassirdən bunu tələb etsinlər”, — deyə İbrahimov əlavə edib. 

Xəbər lenti
0