CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Erməni vəhşiliyi şahidlərin dili ilə: bir gecədə iyirmi dörd azərbaycanlı necə qətl edildi

© Sputnik / Emin AlisahibBinnət Mehtiyev
Binnət Mehtiyev - Sputnik Azərbaycan, 1920, 28.08.2021
Abunə olmaq
Hadisə günü Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olaraq 24 insanı amansızlıqla qətlə yetirib yandırmış, 9 nəfəri isə ağır yaralamışdı. Şahidlər gördüklərini Sputnik Azərbaycan-la bölüşüblər.
BAKI, 28 avqust — Sputnik. 18 may 1992-ci il tarixində Ermənistan Respublikasının silahlı birləşmələri tərəfindən Laçın rayonu işğal edildikdən sonra rayonun əhalisi Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Əsasən heyvandarlıqla məşğul olan rayon sakinləri daha çox bu fəaliyyət növü üçün əlverişli olan Ağcabədi, Beyləqan, Bərdə, Goranboy və digər ətraf ərazilərdə məsukunlaşmışdılar. 1992-ci ilin avqust ayında Goranboy rayonunun Ballıqaya kəndində çadırda məskunlaşan Laçın rayon sakinləri də buraya bu məqsədlə gəlmişdilər...
Vətən müharibəsi dövründə Gəncədə, Bərdədə dinc əhaliyə qarşı raket hücumlarını hər kəs yaxşı xatırlayır. Eynilə illər əvvəl Ballıqayada ermənilər tərəfindən dinc sakinlərə qarşı törədilən terror kimi.
Hadisə şahidi Məmmədyar Alməmmədov Sputnik Azərbaycan-ın bölgə müxbirinə o gecə baş verənləri bu cür nəql edib: “1992-ci ildə, haradasa avqustun 23-24-ü gəldik Ballıqaya ərazisinə. Oraya gələndən sonra həmin ərazidə iki gün qaldıq. Mən gəldim Bərdəyə. Uşaqlarımın ikisi də orada idi. Mənim qardaşım Məzahir uşaqlarımı da götürüb gəldi ki, "Məmmədyar, gedək, oradakıları gətirək. Orada qalmayaq, köçək. Erməni yaxınlıqdadır”.
© Sputnik / Emin AlisahibBallıqaya faciəsinin şahidi Məmmədyar Alməmmədov
Binnət Mehtiyev - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Ballıqaya faciəsinin şahidi Məmmədyar Alməmmədov
Qardaşının gəlişindən sonra narahat qaldığını deyir müsahibim. Cəmi bir gün sonra Məmmədyar yola düşür ki, ailəsini Ballıqayadan rayonların birinə gətirsin. Amma mənzil başına çatanda gözlərinə və gördüklərinə inanmır:
“Getdim çıxdım hadisənin üstünə. Ermənilər bir gecənin içində 24 nəfəri qətl etmişdilər. Onlar arasında mənim dayım, onun uşaqları, dayımın yoldaşı, anamın əmisi uşaqları da vardı. Qətlə yetirilənlərdən dörd nəfəri isə mənim öz ailə üzvüm idi. Biri atamın anası, biri mənim öz anam, ikisi də bacım. Həmin faciədə qətlə yetirilmişdilər”.
Doğmalarını faciə zamanı itirən Binnət Mehdiyevin isə həmin gecə doğum günü imiş: "Yaşımın üstünə yaş gələcəkdi. Haradan biləydim ki, yaşımın üstünə yas gələcək, o gecə məndən doğmalarımı alıb qoparacaq və məni ömür boyu gözüyaşlı qoyacaq... Heç ağlıma da gəlməzdi ki, mən hər ilin həmin günü, doğum günümdə dəfələrlə ölüb-diriləcəyəm".
© Sputnik / Emin AlisahibBallıqaya faciəsinin şahidi Binnət Mehtiiyev
Binnət Mehtiyev - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Ballıqaya faciəsinin şahidi Binnət Mehtiiyev
“Mən öz həyat yoldaşımı, atamı, anamı, iki qardaşımı, bacımı, əmimin həyat yoldaşını, əmimin oğlunu, gəlinini, qızını, xalamın yoldaşı, oğlu və qızını, bibimin qaynanasını, əmim nəvəsi, onların iki qızını, bibimin iki qızını itirmişdim. Əmim nəvəsi Vəzirin o gecə 6 uşağı, ailəsi yanıb, külə dönmüşdü”.
Hər iki müsahibimiz bu il Ballıqaya faciəsinin acısının sanki bir az azaldığını deyir. Bildirirlər ki, indi az da olsa, təsəlli tapıblar. Artıq torpaqlarımız yağı tapdağından azad edilib. Zəfər çalmışıq və elə hesab edirik ki, indi Ballıqaya faciəsində ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən doğmalarımızın ruhu da rahatlıq tapıb. Axı indi onların qisası alınıb.
Məmmədyar Alməmmədov:  “Şükür ki, onların qisası alındı. Allah şəhidlərimizə rəhmət eləsin! Ordumuza da cansağlığı versin! Şükür ki, bu günü bizə yaşatdılar”.
1/3
2/3
3/3
1/3
2/3
3/3
Binnət Mehtiyev: “Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah o yaralılarımızın, qazilərimizin, canını sağ eləsin! Allah ordumuza dəyməsin! Allah dövlətimizi qorusun! Təskinliyimizi tapdıq ki, bu hadisələrin qisası alındı”.
Qeyd edək ki, ermənilərin dinc azərbaycanlılara qarşı törətdiyi Ballıqaya faciəsi zamanı düşmənlər 93 yaşında qoca qadına da aman verməyiblər. Ümumilikdə öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub.
Xatırladaq ki, hadisə günü Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olaraq 24 insanı amansızlıqla qətlə yetirib, 9 nəfəri isə ağır yaralayıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi. Qətliam zamanı mülki şəxslərə atıcı və ağır silahlardan atəş açılıb, onların meyitləri və şəxsi əşyaları yandırılıb.
Eləcə də oxuyun:
Əliyev: Ermənistan müharibəyə hazırlaşır?! Belədirsə, biz qabaqlayıcı tədbirlər görəcəyik
Müharibəni canlı görmək və onu filmdə yaratmaq: Gənc rejissorun xəyalı gerçək olub
Başlıbeldəki faciənin izi ilə: Sübutları bütün dünya görəcək
Ermənilərin Başlıbeldə törətdikləri qətliam barədə məktub BMT-nin sənədi kimi yayılıb
Ermənilər 1915-1919-cu illərdə Şərqi Anadoluda yarım milyondan çox türkü qətlə yetiriblər
Xəbər lenti
0