CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağa baş memar təyin olunacaq

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidAğdamda bərpa işləri
Ağdamda bərpa işləri - Sputnik Azərbaycan, 1920, 12.08.2021
Abunə olmaq
Baş İdarə rəisinin Komitənin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və bir müavini olacaq, birinci müavin vəzifəsinə görə həm də Qarabağ regionunun baş memarıdır.
BAKI, 12 avqust — Sputnik. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin fəaliyyətinə Komitənin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edəcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Fərmanla təsdiqlənən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamədə öz əksini tapıb.
Həmin şəxs Baş İdarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyacaq.
Baş İdarə rəisinin Komitənin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və bir müavini olacaq.
Baş İdarə rəisinin birinci müavini vəzifəsinə görə həm də Qarabağ regionunun baş memarıdır.
Eləcə də oxuyun:
Mustafa Şentop: "Şuşaya aparan Zəfər yolu adı qədər möhtəşəm olacaq"
İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə rəhbər təyin edib
Diplomatlar Şuşada: Pənahəli xanın sarayı, Mehmandarovların malikanəsi və Qazançı kilsəsi
Dağıdılsa da azaddır: Ağdam rayonu hazırda necə görünür
Qarabağın şəhərsalma konsepsiyasının hazırlanmasına beynəlxalq təşkilatlar cəlb olunub
Xəbər lenti
0