11:59 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
© Sputnik / Mihail Voskresenskiy
Ağdamda dağıdılmış bina.

28 il erməni işğalı altında olan və 2020-ci ilin noyabr ayında azad edilən Ağdam rayonu hazırda ruhlar şəhərini xatırladır. Ancaq şəhərimiz küllərinin üstündə yenidən inşa olunacaq.

Dünya mətbuatının "Qafqazın Xirosiması" adlandırdığı Ağdam müharibənin bütün dəhşətlərinin və təxminən 30 illik erməni işğalının şahidi olub. Şəhərin bir vaxtlar göz oxşayan bağ və parkları, tarixi memarlıq abidələri, türbələri, teatrları, muzeyləri indi xarabalıqlara çevrilib.

Ağdam erməni silahlı qüvvələri tərəfindən 1993-cü ildə işğal olunub. Və bu gün, sözün əsl mənasında, şəhərdə daş üstə daş qalmayıb.

Halbuki erməni işğalına kimi rayonun 100-dən artıq kəndində 143 min azərbaycanlı yaşayıb.

Sputnik-in fotomüxbiri Mixail Voskresenski Ağdam rayonunda olaraq onun bu gününü və bərpa prosesini fotoaparatın yaddaşına köçürüb.

 

Digər fotolentlər

Əsas mövzular