https://sputnik.az/20210810/Azerbaycan-herbchileri-Yaxin-Hava-Desteyi-fealiyyetlerine-dair-telimlerdedirler-427667400.html
Azərbaycan hərbçiləri Yaxın Hava Dəstəyi fəaliyyətlərinə dair təlimlərdədirlər
Azərbaycan hərbçiləri Yaxın Hava Dəstəyi fəaliyyətlərinə dair təlimlərdədirlər
Sputnik Azərbaycan
Azərbaycan Silahlı Qüvvələrinin 14 əməkdaşına Yaxın Hava Dəstəyi fəaliyyətləri çərçivəsində Qabaqcıl Hava Nəzarətçisi təlimləri keçirilir. 10.08.2021, Sputnik Azərbaycan
2021-08-10T16:15+0400
2021-08-10T16:15+0400
2021-11-17T00:00+0400
xəbərlər
siyasət
qarabağ
hava
hərbçilər
türkiyə
müdafiə
nazirlik
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/04/08/426648654_0:0:1989:1124_1920x0_80_0_0_bbf8ac04b1e8c2ec5cd08ceff4646172.jpg
BAKI, 10 avqust — Sputnik. Azərbaycan Silahlı Qüvvələrinin 14 əməkdaşı Türkiyədə təlimlərdə iştirak edir. Bu barədə Sputnik Azərbaycan Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.“Hava Qüvvələri personalımız tərəfindən qardaş Azərbaycan Silahlı Qüvvələrinin 14 əməkdaşına Yaxın Hava Dəstəyi fəaliyyətləri çərçivəsində Qabaqcıl Hava Nəzarətçisi təlimləri keçirilir”, - deyə Nazirliyin Tvitter səhifəsində qeyd olunub."Anadolu Qartalı - 2021" təlimiBu il iyunun 22-dən iyulun 3-dək Azərbaycan hərbi pilotlarının da iştirakı ilə Türkiyənin Konya şəhərində “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimləri keçirilib. Hərbi pilotlarımız bu təlimlərdə qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər."Anadolu Qartalı - 2021" beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini general-mayor Namiq İslamzadə də iştirak edib.Qonaqlar Türkiyə Silahlı Qüvvələrinin məşhur "Mehtəran" birliyinin "Mehtər marşı"nı və Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk" və "Türk Ulduzları" aviaqrupuna daxil olan F-5 və F-16 tipli təyyarələrinin nümunəvi uçuşlarını izləyiblər.Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz təlimlərdə iştirak edən pilotların hazırlığını yüksək qiymətləndirib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.İyulun 2-də Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2021" beynəlxalq taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotları sonuncu mərhələnin tapşırıqlarını uğurla icra ediblər.Ssenariyə əsasən təlimə cəlb olunan hərbi pilotlar tərəfindən qalxma və enmə, şərti hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.Hərbi pilotlarımız şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər.Azərbaycan HHQ-nin hərbi pilotları xüsusi peşəkarlıq nümayiş etdirərək təlimdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.Həmçinin oxuyun:Əlahiddə Ümumqoşun Ordunun tank və mexanikləşdirilmiş birləşmələri məşğələlərə başlayıbAzərbaycan Ordusunun zabiti bədbəxt hadisə nəticəsində həlak olub"Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi sona çatıb
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/08/426648654_0:0:1789:1124_1920x0_80_0_0_d3f310f7ecdbd783c1794ac0b903d592.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, hava, hərbçilər, türkiyə, müdafiə, nazirlik, dünya, azərbaycan
xəbərlər, hava, hərbçilər, türkiyə, müdafiə, nazirlik, dünya, azərbaycan
Azərbaycan hərbçiləri Yaxın Hava Dəstəyi fəaliyyətlərinə dair təlimlərdədirlər
16:15 10.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Azərbaycan Silahlı Qüvvələrinin 14 əməkdaşına Yaxın Hava Dəstəyi fəaliyyətləri çərçivəsində Qabaqcıl Hava Nəzarətçisi təlimləri keçirilir.
BAKI, 10 avqust — Sputnik. Azərbaycan Silahlı Qüvvələrinin 14 əməkdaşı Türkiyədə təlimlərdə iştirak edir. Bu barədə
Sputnik Azərbaycan Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.
“Hava Qüvvələri personalımız tərəfindən qardaş Azərbaycan Silahlı Qüvvələrinin 14 əməkdaşına Yaxın Hava Dəstəyi fəaliyyətləri çərçivəsində Qabaqcıl Hava Nəzarətçisi təlimləri keçirilir”, - deyə Nazirliyin Tvitter səhifəsində qeyd olunub.
"Anadolu Qartalı - 2021" təlimi
Bu il iyunun 22-dən iyulun 3-dək Azərbaycan hərbi pilotlarının da iştirakı ilə Türkiyənin Konya şəhərində “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimləri keçirilib.
Hərbi pilotlarımız bu təlimlərdə qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər.
"Anadolu Qartalı - 2021" beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini general-mayor Namiq İslamzadə də iştirak edib.
Qonaqlar Türkiyə Silahlı Qüvvələrinin məşhur "Mehtəran" birliyinin "Mehtər marşı"nı və Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk" və "Türk Ulduzları" aviaqrupuna daxil olan F-5 və F-16 tipli təyyarələrinin nümunəvi uçuşlarını izləyiblər.
Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz təlimlərdə iştirak edən pilotların hazırlığını yüksək qiymətləndirib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
İyulun 2-də Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2021" beynəlxalq taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotları sonuncu mərhələnin tapşırıqlarını uğurla icra ediblər.
Ssenariyə əsasən təlimə cəlb olunan hərbi pilotlar tərəfindən qalxma və enmə, şərti hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.
Hərbi pilotlarımız şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər.
Azərbaycan HHQ-nin hərbi pilotları xüsusi peşəkarlıq nümayiş etdirərək təlimdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Azərbaycan Ordusunun zabiti bədbəxt hadisə nəticəsində həlak olub