18:42 23 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0264
  • RUB0.0233
QARABAĞ
Qısa URL
25

Xarici və yerli qonaqlar Ağdam rayon Dram teatrı, Pənahəli xanın məqbərəsinin yerləşdiyi İmarət qəbristanlığı və Xurşidbanu Natəvanın dağıdılmış məqbərəsi ilə tanış olublar.

BAKI, 22 may — Sputnik, Emin Əlisahib. ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər edib. Tərkibində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta, Maykl Repass, Rocet Kangas və Uermey Cohen olan nümayəndi heyəti Ağdam məscidini ziyarət edib. 

  • ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin  Ağdam şəhərinə səfəri
    © Sputnik / Emin Alisahib
  • ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin  Ağdam şəhərinə səfəri
    © Sputnik / Emin Alisahib
  • ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta
    © Sputnik / Emin Alisahib
  • ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta
    © Sputnik / Emin Alisahib
1 / 4
© Sputnik / Emin Alisahib
ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin  Ağdam şəhərinə səfəri

Siyasətçilər ermənilər tərəfindən viran qoyulmuş Ağdam şəhərində Cümə məscidində olublar. Erməni vəhşiliyi nəticəsində dağıdılmış məscidə baxış keçirilib və bu fakt qonaqlar tərəfindən pislənib. Nümayəndə heyətilə birlikdə gələn yerli qonaqlar Cümə məscidində namaz qılıblar.

Daha sonra qonaqlar Ağdam rayon Dram teatrı, Pənahəli xanın məqbərəsinin yerləşdiyi İmarət qəbristanlığı və Xurşidbanu Natəvanın dağıdılmış məqbərəsi ilə tanış olublar. Burada da qonaqlara erməni vandalizmindən qalan mənzərə izah edilib.

"Biz buraya gələrək, vəziyyəti öz gözlərimizlə görmək istədik. Amma Ağdamda gördüklərimiz bizi dəhşətə gətirdi. Burada gördüyümüz mənzərə ürəkağrıdıcıdır". Bu fikirləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında bildirib.

© Sputnik / Emin Alisahib
Nümayəndə heyətinin tərkibində olan yerli qonaqlar cümə məscidində namaz qılıblar

Robert Sekuta həmçinin bildirib ki, Ağdamda gördüklərindən sonra  azad olunmuş ərazilərin bərpasının xeyli zaman alacağı qənaətindədir.

Qeyd edək ki, ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin Ermənistan işğalından azad olunmuş Ağdam şəhərinə səfəri davam edir. Qonaqlar Şahbulaq qalasına yollanıblar.

Eləcə də oxuyun:

* "Qarabağda ermənilərin törətdiyi vandalizm artıq dünya ictimaiyyətinə çatdırılır" - Nazir

* Kreml Əliyev, Putin və Paşinyanın "bəyanat"ının dərc edilməsinə münasibət bildirib

* Azərbaycanla Ermənistan arasında imzalanacağı deyilən sənədlə bağlı şok detallar üzə çıxıb

 

Əsas mövzular