01:58 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
QARABAĞ
Qısa URL
37

Dubayda pandemiya şəraitində sosial izolyasiya qaydaları nəzərə alınaraq təşkil olunan beynəlxalq sərgidə Azərbaycan 100 kvadrat metrlik sahəni əhatə edən milli stendlə təmsil olunur.

BAKI, 16 may — Sputnik. Mayın 16-da Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində keçirilən "ATM 2021" (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində pandemiya dövründə ilk dəfə olaraq real iştirakla Azərbaycanın, işğaldan azad edilmiş Qarabağ bölgəsinin, xüsusilə Şuşa şəhərinin turizm potensialı təbliğ olunub. Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit bir il yarım müddətdən sonra pandemiya dövründə Yaxın Şərq üzrə keçirilən turizm sərgisinin postpandemiya dövrü üçün müsbət başlanğıc olduğunu qeyd edib.

Florian Zenqstşmit sərgidə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə "Azərbaycan Hava Yolları" (AZAL) və Heydər Əliyev adına Beynəlxalq Hava Limanı daxil olmaqla, ölkənin turizm sektorunu təmsil edən 9 yerli tərəfdaşın qatıldığını diqqətə çatdırıb.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov sərginin Qarabağın yeni bir turizm destinasiyası kimi tanıdılması və iştirakçıları bu haqda ətraflı məlumatlandırmaq üçün yaxşı platforma rolu oynadığını qeyd edib. O, sərgi iştirakçıları tərəfindən Qarabağ bölgəsinə böyük maraq göstərildiyini bildirib.

  • “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində Azərbaycana aid stend
    © Photo: Azerbaijan Tourism Board
  • “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində Azərbaycana aid stend
    © Photo: Azerbaijan Tourism Board
  • “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində Azərbaycana aid stend
    © Photo: Azerbaijan Tourism Board
  • “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində Azərbaycana aid stend
    © Photo: Azerbaijan Tourism Board
1 / 4
© Photo: Azerbaijan Tourism Board
“ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində Azərbaycana aid stend

Pandemiya şəraitində sosial izolyasiya qaydaları nəzərə alınaraq təşkil olunan beynəlxalq sərgidə Azərbaycan 100 kvadrat metrlik sahəni əhatə edən milli stendlə təmsil olunur.

Milli stenddə iştirakçıların sayı eyni anda 25 nəfəri keçməmək şərtilə görüş və müsahibələr keçirilir.

Görüş iştirakçılarına işğaldan azad edilmiş ərazilərin turizm potensialı, Azərbaycanda pandemiya dövründə görülən işlər, mövcud olan və inkişaf etdirilən turizm məhsulları və yeni turizm təklifləri barədə məlumatlar təqdim olunur.

Qeyd edək ki, 19 mayadək davam edəcək sərgiyə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 39 minə yaxın ziyarətçi, 2500-dən çox sərgi iştirakçısı qatılıb.

Eləcə də oxuyun: 

"Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm" - İlham Əliyev

Şuşada bu ifa hamını təsirləndirdi - Prezident kövrəldi, Nazir ağladı - Video

Şuşa məscidi öz orijinallığı və memarlıq üslubu ilə görənləri heyrətə gətirəcək - FOTOLAR

Şuşa məscidi və Xudafərin körpüsü Goranboya "gətirildi"

 

Teqlər:
Dubay, sərgi, turizm, Şuşa

Əsas mövzular