Sovet və Azərbaycan opera müğənnisi, musiqişünas-folklorşünas, müəllim, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, Azərbaycan milli musiqi teatrının yaradıcılarından biri – bütün bu titullar tamaşaçıların yaddaşına Bülbül adı ilə həkk olunmuş Murtuza Məşədi Rza oğlu Məmmədova aiddir.
Onu hələ gənc yaşlarından qeyri-adi səs tembri və xüsusi ifa manerasına görə bu adla çağırmağa başlayıblar.
O, muğam ifaçısı-xanəndəlikdən opera müğənniliyinə kimi böyük bir yaradıcılıq yolu keçib.
Bülbül, spesifik şərq müğənniliyindən Avropa musiqi tərzinə adlayan və Azərbaycan muğam məktəbini Rusiya, Avropa ifaçılıq məktəbləri ilə sintez edərək ölkəmizdə musiqi sahəsində sonradan Cənubi Qafqaz, Orta Asiya ölkələri, eləcə də, Yaxın və Orta Şərqdə müğənnilik sənətinin inkişafına müsbət təsir göstərən yeni bir məktəb yaratmış ilk vokal ustasıdır.
Gələcək xanəndənin uşaqlıq illəri Şuşa şəhərində keçib, o, yaradıcılıq yolunu məhz burada seçərək ifaçı kimi formalaşıb.
Və nəhayət, Azərbaycan torpaqları işğaldan azad ediləndən sonra bir vaxtlar bütün Qafqazda məşhur olan "Xarı Bülbül" festivalı yenidən Şuşaya qayıtdı. Yenə Cıdır düzündə muğam səsləndi, bu misilsiz xanəndənin sədası eşidildi - təşkilatçılar mədəniyyət və incəsənət xadimlərinin çıxışları arasında Bülbül də daxil olmaqla, əfsanəvi Azərbaycan müğənnilərinin ifasından ibarət videoçarxlar təqdim etdilər.
Eləcə də oxuyun:
* Bizim Cəbiş müəllim Qarabağın inciləri haqda: Xan Şuşinski fenomeni - VİDEO
* Şuşada bu ifa hamını təsirləndirdi - Prezident kövrəldi, Nazir ağladı - Video
* Mərhum xanəndənin Ağdamda məzarı tapılıb
* Hamının qəlbinə yol tapan İslam - "Dağı-daşı dilə gətirirdi"