Rəyi soruşulanların ¼-i yanacağa sərf etdikləri aylıq xərcin 100 manata qədər, 21%-i 200-300 manat, 10%-i isə 300 manatdan yuxarı olduğunu bildirib.
Sorğuda 725 respondent iştirak edib ki, onların da 86,8%-i kişilər, 13,2%-i isə qadınlar olub.
Yanvarın 4-də Tarif Şurası Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xahişi əsasında ölkədə yanacağın qiymətinin qaldırılması barədə qərar qəbul edib. Beləliklə, Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 1 AZN, dizel yanacağının qiyməti isə 0,80 AZN müəyyənləşdirilib.
Hazırda Azərbaycanda yalnız Aİ-92 markalı benzin və dizel yanacağı istehsal olunur. Aİ-95 və Aİ-98 markalı benzin isə xaricdən istehlak olunur.
Azərbaycanda avtomobil sahiblərinin yanacağa nə qədər pul xərclədikləri barədə daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.