22:39 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
© Sputnik / Elnur Salayev

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi yüz minlərlə azərbaycanlının doğma yurd-yuvasından didərgin düşməsi ilə yanaşı, həm də ölkəmizin iqtisadiyyatına və mədəni irsinə ağır zərbə vurub.

Erməni tərəfinin Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxlaması qanunsuz hərbi birləşmələrin nəzarəti altında olan bütün bölgələrin acınacaqlı vəziyyətə düşməsinə gətirib çıxarıb. Mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilib.

Vətən Müharibəsi başa çatandan sonra rəsmi Bakı dəymiş iqtisadi ziyanın qiymətləndirilməsi prosesinə başlayıb və ilkin məlumatlara görə, bu rəqəm çox böyük ola bilər. Məhv edilmiş tarixi, dini və mədəni abidələrin dəyərini isə ümumiyyətlə, pulla ölçmək qeyri-mümkündür.

İşğal dövründə Azərbaycanın yüzlərlə abidəsi məhv edilib və ya yararsız hala salınıb ki, onların arasında 13 beynəlxalq əhəmiyyətli mədəniyyət nümunəsi də var. İşğal olunmuş ərazilərdə yerləşən məscidlərin əksəriyyəti yerlə yeksan edilib: 67 dini obyektdən 64-ü tamamilə dağıdılıb. Bu barədə Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından daha ətraflı məlumat əldə etmək mümkündür.

Teqlər:
dini abidələr, tarixi abidələr, mədəniyyət, iqtisadiyyat, ziyan, erməni vandalizmi, Qarabağın işğalı, işğal

Digər videolar

  • İnfoqrafika: Xocalı faciəsi
    Last update: 13:55 26.02.2021
    13:55 26.02.2021

    Azərbaycan Xocalı qurbanlarını yad edir

    Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq həm atasını, həm də anasını, 130 uşaq isə valideynlərindən birini itirib.

    502
  • Cəbiş müəllim: Qarabağın sonuncu şahzadəsi Xurşidbanu Natəvan - Qarabağ inciləri silsiləsindən
    Last update: 11:50 22.02.2021
    11:50 22.02.2021

    Cəbiş müəllim Qarabağın sonuncu şahzadəsi haqqında danışır

    Cəbiş müəllim Sputnik Azərbaycan-ın oxucularına Qarabağın görkəmli azərbaycanlıları barədə söhbət açmağı davam edir. Bu dəfə söhbət böyük şairə, xan qızı Xurşidbanu Natəvandan gedəcək.

    121
  • İnfoqrafika: 2021-ci ilin yanvar ayında Azərbaycanda ümum daxili məhsul
    Last update: 11:00 19.02.2021
    11:00 19.02.2021

    Azərbaycanda ÜDM: 2021-ci ilin yanvar ayı üzrə göstəricilər

    Bu ilin yanvar ayı üçün ÜDM üzrə göstəricilər son iki illik irəliləyişdən sonra geriləmənin baş verdiyini göstərir, ancaq bütün dünyada pandemiya ilə əlaqədar böhran yaşandığını nəzərə alsaq, bu, bir o qədər də təəccüblü deyil.

    4054
  • Last update: 11:12 16.02.2021
    11:12 16.02.2021

    Azərbaycanlılar benzinə nə qədər pul xərcləyirlər

    Azərbaycandakı sürücülərin təxminən yarısı (44%) bir ayda benzinə 100-200 manat vəsait xərcləyir. Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, bunu Media-Analiz Mərkəzinin keçirdiyi sorğunun nəticəsi təsdiqləyir.

    938

Əsas mövzular