00:25 16 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8748
Özünü qastritdən necə qorumalı
© Sputnik / Elnur Salayev

Qastrit müasir şəhərlərin əhalisi arasında ən geniş yayılmış xəstəliklərdən biridir. Bu xəstəliyi düzgün qidalanmamaq və viruslar yaradır.

Ramazan ayı orucu artıq arxada qalıb. Ənənəvi olaraq Ramazan ayı başlayanda həkimlər oruc tutanlara öz sağlamlıqlarını nəzərə almağı tövsiyə edir. Həkimlər xüsusilə də mədə-bağırsağının vəziyyəti qənaətbəxş olmayanlara düzgün qidalanma rejiminə əməl etməyi, orucluq başa çatandan sonra öz orqanizmlərinin vəziyyətini bilmək üçün mütəxəssislərə müraciət etməyi məsləhət görürlər.

Eyni zamanda uzun müddət qida qəbul etməyən orqanizmdə həzm problemləri yaranır. Ona görə də orqanizmin aclığa verdiyi reaksiyanı öyrənmək lazımdır.

Mədə-bağırsaq traktının ən geniş yayılmış xəstəliklərindən biri də qastritdir. Əldə etdiyimiz məlumatlara görə, bu xəstəlikdən inkişaf etmiş ölkələrin əhalisinin 50%-ə qədəri əziyyət çəkir.

Qastrit ürəkbulanma, iştahsızlıq, mədədə ağırlıq hissi, qıcqırma, ağızdan pis qoxunun gəlməsi, meteorizm və digər xoşagəlməz əlamətlərlə müşayiət olunur.

Onu da qeyd edək ki, qastritin konkret simptomları mövcud deyil. Onu yalnız peşəkar qastroenteroloqlar müəyyən edə bilirlər. Bu xəstəliklə bağlı ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiz.

Digər infoqrafikalar

  • İnfoqrafika: Müxtəlif ölkələrdə dekret məzuniyyəti
    Last update: 12:40 15.10.2019
    12:40 15.10.2019

    Azərbaycanda və xaricdə analıq məzuniyyəti

    Azərbaycanda və müxtəlif ölkələrdə analıq məzuniyyəti ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

    171
  • İnfoqrafika: Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı
    Last update: 11:36 11.10.2019
    11:36 11.10.2019

    Azərbaycan dəmiryolçularının peşə bayramı

    Azərbaycanda dəmir yolu layihələri bu beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində həyata keçirilir: TRACECA (Avropa-Qafqaz-Asiya) və "Şimal-Cənub"

    1696
  • İnfoqrafika: Dünya əhalisinin sayında ölkələrin payı
    Last update: 11:06 08.10.2019
    11:06 08.10.2019

    Dünya əhalisinin sayında ölkələrin payı

    Dünya əhalisi sürətlə artsa da, müvafiq hesabatlarda ümumi artım tempinin aşağı düşdüyü müşahidə olunur. Sputnik Azərbaycan-ın infoqrafikasında əhalisinin artım tempi aşağı düşən dövlətlərin siyahısı ardıcıllıqla təqdim olunur

    555
  • İnfoqrafika: Azərbaycanın xarici ticarəti
    Last update: 13:17 04.10.2019
    13:17 04.10.2019

    Azərbaycanın xarici ticarəti nə vəziyyətdədir?

    Dünya bazarında Azərbaycan istehsalı olan məhsullara maraq yüksəlir və onu alan ölkələrin sayı artır

    1072

Əsas mövzular