BAKI, 28 may — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) emosional tükənmişlik sindromunu ciddi xəstəlik kimi qəbul edib.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, diaqnozun barədə məlumatı xəstəliklərin beynəlxalq klassifikasiyasına daxil edilib.
Ekspertlər qeyd edir ki, daimi yorğunluq müxtəlif pozuntuların əlaməti ola bilər.
Belə ki, xəstəlik bir çox peşə sahibləri - həkimlər, müəllimlər, vəkillər, sosial işçilər və s. üçün xarakterikdir.
Asteniya və ya yorğunluq stresin əsas əlamətidir. Meqapolis sakinlərində tez-tez depressiya, nevrotik və həyəcan pozuntularına rast gəlinir.
Xroniki stres onun fonunda psixosomatik xəstəliklər, təzyiq, mədə xorası, bronxial astma əmələ gəldiyi üçün təhlükəlidir.
İşasılılığını bir çoxları psixi pozuntu hesab edir. Amma əslində isə bu problemlərdən gizlnmək psixoloji müdafiə mexanizmidir. Ancaq yorucu işlər vəziyyəti güclü şəkildə çətinləşdirir. Yuxusuzluq və hətta hallusinasiyalar da yarana bilər. Normal həyata qayıtmaq üçün xəstəyə psixoterapevtin köməyi lazım olur.