20:29 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
HADİSƏ
Qısa URL
39 0 0

Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı olan E.Mövlanov hazırda həbsdədir. O, Alim Qasımovun xanımına məxsus külli miqdarda qızıl-zinət əşyalarını oğurlamaqda ittiham olunur.

BAKI, 24 avqust — Sputnik. Xanəndə, Xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlanov həbs edilib. Sputnik Azərbaycan xəbər verir ki, o, Alim Qasımovun evindən oğurluq etməkdə ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsində 1979-cu il təvəllüdlü Elnur Mövlanovun cinayət işi üzrə məhkəmə araşdırması keçirilir. İşə hakim Telman Hüseynovun sədrliyi ilə baxılır.

Oğurluqda ittiham olunan Elnur Mövlanovun cinayət işi üzrə zərərçəkmiş şəxs Alim Qasımovun xanımı və qohumudur.

Alim Qasımovun qızı, Əməkdar artist Fərqanə Qasımovanın həyat yoldaşı olan E.Mövlanov hazırda həbsdədir. O, Alim Qasımovun xanımına məxsus külli miqdarda qızıl-zinət əşyalarını oğurlamaqda ittiham olunur. Məhkəmə araşdırması davam edir. Bugünkü iclasa A.Qasımovun ailə üzvləri gəlmədiyi üçün proses sentyabrın 30-na təxirə salınıb.

Məsələ ilə bağlı Xalq artistinin qızı ilə əlaqə saxladıq. Qasımova bu barədə danışmaq istəmədiyini bildirdi.

Xatırladaq ki, F.Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşından ayrılıb.

Eləcə də oxuyun:

Teqlər:
Alim Qasımov, kürəkən, oğurluq, məhkəmə

Əsas mövzular