CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid anasının evindən oğurluq edənlər saxlanıldılar

© AFP 2023 / LUIS ROBAYOМужчина в наручниках в полицейском участке, фото из архива
Мужчина в наручниках в полицейском участке, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.07.2021
Abunə olmaq
İki nəfər gecə ilə qonşuluqdakı şəhid ailəsinə məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 25 min manat olan qızıl-zinət əşyalarını oğurlayıb.

BAKI, 20 iyul - Sputnik. Şəmkir rayon Polis Şöbəsinə rayon ərazisindəki mənsillərin birindən naməlum şəxs və ya şəxslərin oğurluq etməsi barədə məlumat daxil olub.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, polis əməkdaşları dərhal hadisə yerinə gedərək müəyyən araşdırmalar həyata keçiriblər.

İstintaq-əməliyyat tədbirləi nəticəsində məlum olub ki, rayon sakinləri Aytəkin Nağıyev Həsrət Rüstəmov iyul ayının 14-dən 15-nə keçən gecə qonşuluqdakı şəhid ailəsinə məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 25 min manat olan qızıl-zinət əşyalarını oğurlayıblar. Şübhəli şəxslər maddi sübutlar ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Eləcə də oxuyun:

Xəbər lenti
0