CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağsuda geniş ərazidə yanğın başlayıb

© Sputnik / Rashad KeremogluAğsuda və Şamaxıda yanğınlar
Ağsuda və Şamaxıda yanğınlar - Sputnik Azərbaycan, 1920, 16.08.2021
Abunə olmaq
Hazırda yanğının söndürülməsi istiqamətində FHN operativ və təxirəsalınmaz tədbirləri davam etdirir.
BAKI, 16 avqust - Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonu, Keşdiməz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.
Sputnik Azərbaycan FHN-in saytına istinadən bildirir ki, məlumatla əlaqədar qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
İlkin məlumata əsasən, təqribən 150 ha sahədə quru ot və kol-kos yanır.
Əlavə məlumat veriləcək.
Eləcə də oxuyun:
Bakıda yanğın yerində tezalışan maddə aşkarlanıb
Qəbələdə güclü yanğın başlayıb - əməliyyatdan kadrlar
Yakutiyadakı yanğınlar süni yağışların köməyi ilə söndürülür
Xəbər lenti
0