22:59 25 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
HADİSƏ
Qısa URL
52 0 0

Polis və təhlüksəizlik orqanlarının əməkdaşları işğaldan azad olunmuş Şuşa şəhərində növbəti əməliyyat keçiriblər.

BAKI, 13 avqust - Sputnik. İşğaldan azad edilmiş ərazilərdə silah-sursatların, mina və digər partlayıcı vasitələrin aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumlarının əməkdaşlarının birgə keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisindən 1 pulemyot, 1 avtomat, 3 əl qumbarası, 1 qumbaraatan mərmisi, 691 ədəd 7.62 kalibrli patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Şuşada daha öncə keçirilən əməliyyat

2021-ci il yanvarın 4-13-ü tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları ilə birlikdə düşmən işğalından azad olunmuş Şuşa şəhərində xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, birlikdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 13 raket, 16 minaatan mərmisi, 15 əl qumbarası, 1 zenit top mərmisi, 48 partladıcı, 2 ədəd 9N235 bombacığı, 1 ov tüfəngi, 10 avtomat darağı, 7584 müxtəlif çaplı patron, 1 süngü, piyada əleyhinə 4 mina (OZM-160), 400 qram partlayıcı (TNT), 1 boruşəkilli partlayıcı (100 m) və 4 ədəd 9M528 raketinin paraşüt hissəsi aşkar olunub.

Sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Həmçinin oxuyun:

Əsas mövzular