Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyədə söndürüləcək meşə yanğınlarının sayı 5-ə enib

© REUTERS / Kaan SoyturkСгоревший дом Манавгате, Турция
Сгоревший дом Манавгате, Турция - Sputnik Azərbaycan, 1920, 01.08.2021
Abunə olmaq
Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri də var.
BAKI, 1 avqust - Sputnik. Son günlər Türkiyədə 100-dən çox meşə yanğını söndürülüb. Bu barədə ölkənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli özünün Twitter hesabında yazıb. 
O, qeyd edib ki, hələlik Antalya və Muğlada 5 yanğına nəzarəti ələ almaq mümkün olmayıb.
"İyulun 28-dən avqustun 1-dək 107 meşə yanğını nəzarət altına alınıb. Antalyada (Manavqat, Gündoğmuş) və Muğlada (Marmaris, Göycegiz və ilas) beş meşə yanğını davam edir”, - nazir bildirib. 
08.45
Türkiyədəki 107 yanğından 98-i nəzarət altına alınıb
“Son üç-dörd gün ərzində çoxlu yanğın qeydə alınıb. Bu zaman qeydə alınan 107 yanğından 98-i nəzarət altına alınıb. Doqquz yanğın davam edir”.
“Report” xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib.
Onun sözlərinə görə, təkcə Marmarısdakı yanğınların söndürülməsi üçün 3 təyyarə, 9 helikopter, 20 su tankeri və 529 şəxsi heyət cəlb edilib:
“Silifkedəki yanğın azalır, Adana şəhərindəki bütün yanğınlar nəzarətdədir. Orada baş verən üç yanğının hamısı təhlükəli idi. Bodrum və Milasdakı briqadaları hava qüvvələri ilə gücləndirərək bütün yanğınlardan müsbət nəticələr əldə etmək üçün səy göstərəcəyik”.

Türkiyədə meşə yanğınları və yardımlar

Qeyd edək ki, son 5 gündə Türkiyədə 107 yerdə meşə yanğını qeydə alınıb. Yanğın nəticəsində 6 nəfər dünyaını dəyişib.
Türkiyəyə yardım məqsədi ilə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan texnika və canlı qüvvə göndərilib.
Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri də var.
Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.
Yanğınsöndürənlər 2 qrupa ayrılaraq hazırda Marmaris bölgəsində yanğınların söndürülməsini həyata keçirirlər.
Həmçinin oxuyun:
Azərbaycan yanğınsöndürənləri qardaş ölkənin harayına getdilər
Türkiyə alovlar içində: Yanğınlar lokallaşdırılsa da, mübarizə davam edir
Antalya alov içində - dəhşət saçan fotolar
Xəbər lenti
0