CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yeniyetmə qətl törədib, səbəb ilgincdir

© AFP 2023 / PHILIPPE LOPEZМужчина в наручниках в полицейском участке, фото из архива
Мужчина в наручниках в полицейском участке, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.07.2021
Abunə olmaq
Binəqədi rayon Prokurorluğu Binəqədidə 31 yaşlı gənci öldürən yeniyetməni həbs edib, faktı ilə bağlı cinayət işi açılıb.

BAKI, 13 iyul — Sputnik. İyulun 12-də paytaxtın Binəqədi rayonunun sakini, 1990-cı il təvəllüdlü Elnar Qədimovun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Binəqədi rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı, 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elnar Qədimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə istintaq davam edir.

Xatırladaq ki, mübahisəyə səbəb E.Məmmədovun yeniyetmənin anasının ünvanına nalayiq ifadə işlətməsi olub.

Analoji hadisə ötən il Xızı rayonunda qeydə alınıb. Belə ki, 2003-cu il təvəllüdlü Şorabad qəsəbə sakini A.Əliyevin bıçaqla yetirilmiş xəsarət nəticəsində dünyasını dəyişməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.

Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin şəxsi münasibətlər zəminində həmin qəsəbə sakini olan bir yeniyetmə tərəfindən törədildiyi müəyyən olunub. Yeniyetmə əməkdaşlar tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

2018-ci ildə isə Bakıda bir yeniyetmə oğlan 44 yaşlı kişini qətlə yetirmişdi. Hadisə Nizami rayonu, Keşlə qəsəbəsində qeydə alınmışdı. 2003-cü il təvəllüdlü Elvin Bayramov kirayə yaşadığı evdə 1974-cü il təvəllüdlü Əhəd Əhmədovu bıçaqlayaraq qətlə yetirmişdi.

Xəbər lenti
0