BAKI, 30 iyul - Sputnik. Hadisə Xaçmaz rayonunda qətl hadisəsi baş verib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, 34 yaşlı Könül Nadir qızı Bayramova həyat yoldaşı 46 yaşlı Mübariz Aslanşah oğlu Mirzəbəyov tərəfindən öldürülüb.
Qadının döş qəfəsindən və sağ qolundan bir neçə bıçaq zərbəsi aldığı deyilir. Onun Rusiyada doğulduğu, sonradan Xaçmaz şəhərində yaşadığı bildirilir.
K.Bayramova həyat yoldaşından boşanıb, anası evində yaşayırmış. Onun iki qız övladı var.
Hadisə ilə bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb. Cinayəti törədən şəxs saxlanılıb.
Eləcə də oxuyun:
-
Toyda qətl - Daşkəsən prokurorluğu baş verən ilginc hadisə barədə
-
Rektorun müşavirini bıçaqladılar - BDU faktı təsdiqlədi
-
İsmayıllıda toy yasa döndü: bəyin bıçaqlanma xəbərini eşidən ata vəfat etdi