BAKI, 22 iyul — Sputnik. Ağcabədi rayonunun Hindarx qəsəbəsində iki günlük körpə naməlum şəxs və yaxud da şəxslər tərəfindən Şəhidlər xiyabanına atılıb.
Sputnik Azərbaycan bildirir ki, yerli sakinlərin məlumatından sonra körpə rayon xəstəxanasının doğum evinə yerləşdirilib. O, həkim nəzarətinə götürülüb.
Agcabədi MRX-dan bildirilib ki, oğlan uşağı 2 kq 100 q cəkidə, göbəyi bağlanmamış vəziyyətdə xəstəxanaya təcili tibbi yardım avtomobili ilə gətirilib. Vəziyyəti hazırda yaxşıdır. Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır.
Qeyd edək ki, son vaxtlarda yeni doğulmuş körpələrin atılması halları artıb. Bu ay ərzində Sumqayıtda və Ucarda da yenidoğulmuş körpələr küçəyə atılmış vəziyyətdə aşkarlanıblar.
Belə ki, iyulun 12-də Ucarda dəmir yolunun kənarındakı istifadəsiz tikiliyə atılan körpə yerli sakinlər tərəfindən tapılmışdı. Yenidoğulan körpənin cinsi oğlan, çəkisi 4 kq 19 qram, boyu 53 sm olub.
İyulun 6-da isə Sumqayıtda zibil qabından yenidoğulan körpə qız uşağı tapılmışdı.
Eləcə də oxuyun:
-
Son on beş gündə üçüncü körpə küçəyə atılıb
-
Ucarda küçəyə atılmış körpə həkim nəzarətindədir
-
Pandemiya körpələri: bəzi ölkələr artımdan, bəziləri azalmadan şikayət edir
-
Sumqayıtda zibillikdən tapılan uşaqla bağlı yeni xəbər