05:26 06 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
XƏBƏRLƏR
Qısa URL
2231 0 0

E.Abdullayevə məxsus nəqliyyat vasitəsinə keçirilən baxış zamanı isə avtomobildən bir ədəd “AKS-74U” markalı avtomat, 24 ədəd patron və bir ədəd avtomat darağı aşkarlanaraq götürülüb.

BAKI, 29 iyun — Sputnik. Qusarda fala baxmaq adı ilə insanları aldadaraq pullarını mənimsəyən qadın polislər tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Qusar rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək iyun ayının 27-də tanımadığı bir qadının onun yaşadığı evə gəldiyini, evində şər qüvvələr olduğunu bildirərək fala baxmaq adı ora daxil olduğunu və 11800 manat pulunu oğurladığını bildirib.

Məlumatla əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən “isti izlərlə” həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və zərərçəkənin pulunu məsimsəyən qadının Yevlax rayon sakini Aygün Məmmədova olduğu və  həyat yoldaşı Elçin Abdullayevlə birlikdə sonuncuya məxsus “Ford Tranzit” markalı nəqliyyat vasitəsi ilə Yevlax istiqamətində hərəkət etdiyi müəyyən edilib.

Həmin şəxslər polis əməkdaşları tərəfindən Hacıqabul rayonu ərazisində saxlanılaraq istintaqa təhvil veriliblər. Saxlanılan zaman isə E.Abdullayevə məxsus nəqliyyat vasitəsinə keçirilən baxış zamanı isə avtomobildən bir ədəd “AKS-74U” markalı avtomat, 24 ədəd patron və bir ədəd avtomat darağı aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər barəsində Qusar RPŞ-nin İstintaq Bölməsində cinayət işi aşılıb, araşdırmalar aparılır.

Həmin qadının fala baxmaq adı ilə digər şəxsləri aldatdığı da istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, eləcə də Qusar Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.

Qeyd edək ki, daha öncə də, bənzər hadisə baş verib. Belə ki, Biləsuvar rayonunda vətəndaşları fala baxmaq adı ilə aldadaraq onların pul və qızıl-zinət əşyalarını mənimsəyən Elena Pavlovna Kalaşnikova saxlanılmışdı. Şəxs Biləsuvar rayon sakinlərinin polis şöbəsinə etdiyi müraciət əsasında aparılan axtarışlar zamanı cinayəti törədən şübhəli şəxs qismində saxlanılıb.

 

 

 

Əsas mövzular