BAKI, 11 iyul - Sputnik. İyulun 11-də Azərbaycanda zəlzələ olub.
Sputnik Azərbaycan Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən bildirir ki, zəlzələ yerli vaxtla saat 15:27-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qeydə alınıb.
Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3 -ə bərabər olub.
Zəlzələ hiss olunmayıb.
Bir neçə gün əvvəl isə Xəzər dənizində zəlzələ baş vermişdi.
"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, iyulun 5-də yerli vaxtla saat 04:02-da Xəzər dənizində zəlzələ qeydə alınmışdır", - Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatda bildirilirdi.
Həmçinin oxuyun:
Xəzər seysmoloji aktivlik müşahidə olunur: Vulkanın ardınca zəlzələ baş verib