04:12 06 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
HADİSƏ
Qısa URL
48 0 0

Yol-nəqliyyat hadisəsi ilə bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 9 iyul — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) Ucar rayonu ərazisində 5 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

BDYP-dən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, 9 iyul 2021-ci il tarixdə saat 02:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Ucar rayonu ərazisindən keçən 218-ci km-də Zaqatala şəhər sakini, 14.05.1970-ci il təvəllüdlü sürücü Axundov Nazim Əliəsgər oğlu idarə etdiyi "Mercedes Benz Vito111" markalı, 99-MK-091 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan Gədəbəy rayonu sakini, 01.07.1984-cü il təvəllüdlü sürücü Abdullayev Səfxan Fərman oğlunun idarə etdiyi Howo markalı, 21-BX-166 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Qəza nəticəsində "Mercedes Benz Vito111" markalı avtomobilin sürücüsü N.Axundov və sərnişinləri Balakən rayon sakini, 25.07.1976-cı il təvəllüdlü Qoqayeva Nigar Əhməd qızı, Zaqatala rayon sakinləri 25.04.1984-cü il təvəllüdlü İbrahimova Tünzalə Bəkir qızı, 24.09.1985-ci il təvəllüdlü İbrahimov Eyvaz İbrahim oğlu, 13.11.2004-cü il təvəllüdlü Yusubov Yusuf Feyzulla oğlu hadisə yerində ölüb, Xaçmaz rayon sakini 17.04.2002-ci il təvəllüdlü Mustafayev Rəcəb Ramin oğlu və Balakən rayon sakini 10.11.2010-cu il təvəllüdlü Qoqayeva Hürü Abdusalam qızı xəsarətlər alaraq Ucar rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

İlkin ehtimala görə, qəzanın baş verməsinə "Mercedes Benz Vito111" markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması səbəb olub. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, bu yol qəzasında 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

--------

10:29

Ucarda ağır qəzada beş nəfər həyatını itirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, yol qəzasında 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisə səhər saatlarında Bakı-Qazax ​magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Zaqatala rayon sakini, 1970-ci il təvəllüdlü Nazim Axundovun idarə etdiyi "Vito" markalı mikroavtobus Gədəbəy rayon sakini, 1984-cü il təvəllüdlü Sərxan Abdullayevin idarə etdiyi​ ​ yük maşınının arxa hissəsinə çırpılıb.

  • Ucarın Müsüslü kəndində yol-nəqliyyat hadisəsi
    © Sputnik / Rashad Keremoglu
  • Ucarın Müsüslü kəndində yol-nəqliyyat hadisəsi
    © Sputnik / Rashad Keremoglu
  • Ucarın Müsüslü kəndində yol-nəqliyyat hadisəsi
    © Sputnik / Rashad Keremoglu
  • Ucarın Müsüslü kəndində yol-nəqliyyat hadisəsi
    © Sputnik / Rashad Keremoglu
1 / 4
© Sputnik / Rashad Keremoglu
Ucarın Müsüslü kəndində yol-nəqliyyat hadisəsi

Qəza nəticədə sürücü Nazim Axundov və sərnişinləri - Zaqatala rayon sakinləri, 1985-ci il təvəllüdlü Eyvaz İbrahimov, 2004-cü il təvəllüdlü Yusif Yusubov, hələlik şəxsiyyətləri məlum olmayan 50-52 və 25-30 yaşlı qadınlar dünyasını dəyişiblər. Xəsarət alan Xaçmaz rayon sakini, 2002-ci il təvəllüdlü Rəcəb Ramin oğlu Mustafayev, eləcə də adı hələlik bəlli olmayan bir nəfər qız Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Eləcə də oxuyun:

Teqlər:
Ucar, qəza, ölənlər və yaralılar, yük maşını, mikroavtobus

Əsas mövzular