QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Laçında iki hərbçimiz həlak olub

© Sputnik / Maksim Blinov / Mediabanka keçidГород Лачин Лачинского района Азербайджану
Город Лачин Лачинского района Азербайджану - Sputnik Azərbaycan, 1920, 28.06.2021
Abunə olmaq
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları  - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

BAKI, 28 iyun - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi iki hərbçimizin Laçın rayonu ərazisində həlak olması barədə məlumat yayıb.

Sputnik Azərbaycan qurumun məlumatına istinadən bildirir ki, iyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. “KAMAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları  - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.
Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Laçında sərhədçilər də qəzaya düşmüşdülər

Xatırladaq ki, bundan 12 gün öncə də Laçında oxşar faciə baş vermişdi. İyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş vermişdi. Dərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşmüş, nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu həlak olmuşdular.

 

Eləcə də oxuyun:

Xəbər lenti
0