BAKI, 3 iyul - Sputnik. Göyçay rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Sputnik Azərbaycan bildirir ki, hadisə Göyçayın Mallı-Şıxlı kəndində qeydə alınıb. Kənd sakini, 46 yaşlı Elnur Cavadov yaşadığı evdə 35 yaşlı arvadı Ülviyyə Cavadovanı güllələyərək öldürüb.
İlkin məlumatlara görə, hadisəni törədən Elnur Cavadov ov silahı ilə daha sonra özünə atəş açıb və ölüb. Bildirilir ki, hadisə onların övladlarının gözü önündə baş verib.
Qeyd edək ki, Elnur Cavadov və həyat yoldaşı Ülviyyə Cavadova ailə qurmazdan öncə qonşu olublar. Bir neçə il əvvəl evlənən cütlüyün iki azyaşlı oğul övladlari var. Kənd sakinlərinin sözlərinə görə, ər-arvad arasında ara-sıra aliə münaqişəsi yaşansa da, belə dəhşətli hadisə hər kəsi şoka salıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik bəlli deyil. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Eləcə də oxuyun:
-
DİN federasiya rəsmisi olan şəxsin qətlinə aydınlıq gətirdi
-
Qəzalar, qəsdlər və əcəlin oyunu - günün kriminal xronikası
-
Yetkinlik yaşına çatmayan şəxsə qarşı quldurluq edənlər saxlanılıb