07:29 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0023
  • RUB0.0230
HADİSƏ
Qısa URL
1082 0 0

Lənkəranda axşam saatlarında qohumlar hələlik bilinməyən səbəblərdən bir-birilərini qanlarına qəltan ediblər.

BAKI, 23 iyun - Sputnik. Lənkəranda qohumlar arasında qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbrinin məlumatına əsasən, hadisə Havzava kəndində olub. 

Gecə saatlarında Lənkəran rayonunun Havzava kəndi ərazisində kənd sakini, 1982-ci il təvəlüddlü Seymur Şiriyev 2 nəfəri: əmisi oğlu, 1987-ci il təvəllüdlü Elmar Şiriyevi və bibisi nəvəsi, 1992-ci il təvəllüdü Alim Mirzəyevi ov tüfəngi ilə qətlə yetirib. Mərhumların qohumlarının fikrincə, qatıl lüləsi kəsilmiş tüfənglə cinayəti törədib. Hazırda polis qətli törədən S.Şiriyevin axtarışlarını davam etdirir. 

Qətlə yetirilənlərin meyitləri müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.

"Evdə idim, bir də gördüm, camaat qışqırır, pencərədən çıxıb soruşdum ki, “Bala, nə olub?” Kimdən nə baş verdiyini soruşdumsa da heç kim bir şey demədi", - qətlə yetirilən Alim Mirzəyevin qaynatası Məmmədrza Hacırza oğlu Məmmədov Sputnik Azərbaycan-ın bölgə müxbirinə kürəkəni və yaxın qohumunun qətlə yetirilməsi haqqında danışarkən deyib.

“Elmarın atası da gəlib nə baş verdiyini soruşdu, “Bilmirəm” dedim.  Sonra mənə Alimin meşədə vurulduğunu dedilər.  “Sən nə danışırsan? Onu meşədə kim vura bilər? Alimin 2 metr boyu var, onun qolunun uzunluğu elə 1 metrdən çoxdur. Ona kim yaxın gələ bilər?” - deyə fəryad etdim. Dedilər, vurublar, ancaq salamatdır. Elə bu dəmdə Sərdar kişi oğlunun gəlini ilə bir yerdə malların dalıyca bağa getdiyini dedi. Amma bizim evin yanından kimsə keçib, bağa tərəf getməmişdi. Sonra isə başqa biriləri dedilər ki, Alim salamatdır, Elmarı tüfənglə Sərdarın qardaşı oğlu, elə mənim də qohumum olan Seymur vurub. Tez aşağıya düşdüm, Sərdara yaxınlaşıb vəziyyəti soruşdum. Mənə Alimin vurulduğunu dedi, mən isə “Mənə isə dedilər, Elmarı vurublar” söylədim. Mən tez Təcili Tibbi Yardım Stansiyasına zəng vurdum ki, gəlsinlər və iki nəfərin öldürüldüyünü polislərə xəbər etsinlər. 

Biz qaça bilmədik, amma kəndin cavanları meşəyə qaçdılar. Bunların ikisi də meşədə vurub. Gəlib evdən tüfəngi götürüb sonra dirəyib Alimə, onu meşəyə aparıb. Bu rəhmətlik də qəti səsini çıxarmayıb. Mənim qızımın baldızı onları görüb, amma nə olduğunu anlamayıb. Uşağın ağlına gəlməyib ki, bunların biri-biriləri ilə araları yoxdur və onlar bir yerdə haraya gedirlər? Həmin Seymurun ailəsi qonşuluqda heç kimlə yola getmir. Alimin bir xəstə uşağı da var”.

Mərhum Elmarın atası Sərdar Şiriyev bir uşağın gəlib ona oğlunun vəziyyətnin pis olduğunu dediyini bildirdi: “Elmarın meyitini gətirmək üçün gəlib evdən nərdivan apardılar, amma onun öldüyünü mənə demədilər. Soruşdum, nə olub? Dedilər, Sərrafın oğlu Elmarı vurub, səbəb? Səbəbi bilinmir nədir. Gedib meşəyə odun doğrayan yerdə Elmarı vurub.  O, həm mənim qonşum, həm də qardaşım oğludur. Heç əmioğlu da əmioğlunu vurar? Elmarın 3 uşağı, Alimin isə bir körpə balası atasız qaldı".

Eləcə də oxuyun:

  • Ağdaşda hər kəs şokdadır: Kənd sakini qardaşını qətlə yetirib, həmkəndlisini isə yaralayıb

  • Məhkəmə iclasından sonra qan düşdü: bir qadın da belə öldürüldü

  • Adil Suleymanov: “Qardaşıma bəraət verilərsə, Avropa məhkəməsinə müraciət etmərik”

Əsas mövzular