03:01 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
HADİSƏ
Qısa URL
62 0 0

Tərtərdə məhkəməyə boşanmaq üçün gedən qadın əri tərəfindən öldürülüb. Anar Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

BAKI, 18 iyun — Sputnik. İyunun 18-i saat 11 radələrində Tərtər rayonu ərazisində 1995-ci il təvəllüdlü Arzu Abbasovanın öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub. Bu barədə Sputnik Azərbaycan-a Tərtər Rayon Prokurorluğundan məlumat verilib.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1987-ci il təvəllüdlü Anar Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Arzu Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Anar Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məlumatlara görə, hadisədən əvvəl cütlük boşanmaq üçün məhkəməyə müraciət edib. Tərtər Rayon Məhkəməsində bu gün boşanma iddiası üzrə növbəti məhkəmə iclası keçirilib. İclasdan sonra Anar Əliyevlə həyat yoldaşı Arzu Əliyeva mübahisə ediblər. Daha sonra kişi ailə münaqişəsi zəminində arvadını öldürüb.

Qadın qətlləri durmaq bilmir

Qeyd edək ki, son vaxtlar bu cür hadisələr tez-tez təkrarlanır. Mayın 31-də Sabunçu Rayon Məhkəməsinin hakimi Əhmədov Fəqan Rövşən oğlu özünə məxsus ov tüfəngindən atəş açaraq həyat yoldaşı Pərvanə Əhmədovanı qətlə yetirib. Aprelin 14-də isə Ucar rayonu, Qarabörk kəndi ərazisində rayon sakini 1985-ci il təvəllüdlü Kərimova Validə Məzahir qızını əri Məmmədov Qasım Fazil oğlu bıçaqlayaraq öldürüb. Bu siyahını uzatmaq da olar...

Eləcə də oxuyun:

  • Daha bir qadın bıçaqlanaraq qətlə yetirilib

  • Bakıda hakim arvadını qətlə yetirdi

  • Sevgilisini qətlə yetirəndən sonra özünü güllələyən polis ölüb

Teqlər:
Tərtər, boşanma, məhkəmə, ər, qadın, qətl

Əsas mövzular