13:52 18 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
HADİSƏ
Qısa URL
7227

Şəmkir rayonunda kəhriz quyusunda çökmə hadisəsi nəticəsində iki nəfər yerli sakin torpağın altında qalıb.

BAKI, 9 iyun — Sputnik. Şəmkirdə kəhriz quyusunda çökmə zamanı iki nəfər torpağın altda qalıb

Şəmkir rayonunun Sərxanlı yaşayış massivində qazılan kəhriz quyusu çöküb. Sputnik Azərbaycan-ın bölgə müxbiri İlham Mustafayevin məlumatına görə, hadisə nəticəsində sözügedən yaşayış massivinin sakinləri, qazıntıda fəhlə işləyən Məmmədov Rövşən Məzahir oğlu, traktorçu Tural Qələndərli müxtəlif bədən xəsarətləri alıblar. Yaralılardan T.Qələndərlinin vəziyyətinin daha ağır olması səbəbindən sonuncu Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə köçürülüb.

  • Şəmkirdə hadisə yerində
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə hadisə yerində
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə hadisə yerində
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə hadisə yerində
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə hadisə yerində
    © Sputnik / Ilham Mustafa
1 / 5
© Sputnik / Ilham Mustafa
Şəmkirdə hadisə yerində

İlkin məlumata əsasən, hadisə yaşayış massivinə su çəkilməsi zamanı baş verib. Sakinlər ərazidə işlərin bir aya yaxındır davam etdiyini bildirib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun:

Şəmkirdə sürüşmə baş verib, torpaq altında qalanlar var

Əsas mövzular