20:30 15 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0567
  • RUB0.0236
HADİSƏ
Qısa URL
40

Azərbaycan Respublikasının qərb bölgəsində yerləşən Şəmkir rayonunda axşam saatlarında təbii fəlakət baş verib.

BAKI, 8 iyun — Sputnik. Şəmkir rayonunda torpaq sürüşməsi baş verib. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfərin torpaq altında qaldığı məlum olub.

Sürüşmə Şəmkir sakini həyətyanı sahədə artezian quyusu qazdırarkən baş verib. Belə ki, quyu qazılarkən torpaq qəfildən çöküb. 

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub.

Torpağın altında qalan iki nəfər xilas edilib. Onların hər ikisi yaralı vəziyyətdə Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdiriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.Yaralıların həyatı təhlükəsinin olmadığı bildirilir. 

Əsas mövzular