16:26 02 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
118 0 0

Quliyev Mahir Əliqara oğlu ailə münaqişəsi zəminində qardaşı arvadını bıçaqlayaraq öldürüb, digər ailə üzvlərini yaralayıb

 

BAKI, 16 iyun - Sputnik. Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğlu ailə münaqişəsi zəminində qardaşı arvadı, 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızını bıçaqla qətlə yetirib.

Həmçinin o, qardaşının gəlini, 1984-cü il təvəllüdlü Quliyeva Günay Malik qızına, nəvələri - 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızı və 2006-cı il təvəllüdlü Quliyev Malik Elnur oğluna da bıçaqla xəsarətlər yetirib. 

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular