BAKI, 16 iyun - Sputnik. Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb.
Gəncə şəhər sakini, 1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğlu ailə münaqişəsi zəminində qardaşı arvadı, 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızını bıçaqla qətlə yetirib.
Həmçinin o, qardaşının gəlini, 1984-cü il təvəllüdlü Quliyeva Günay Malik qızına, nəvələri - 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızı və 2006-cı il təvəllüdlü Quliyev Malik Elnur oğluna da bıçaqla xəsarətlər yetirib.
Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.