01:31 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
HADİSƏ
Qısa URL
14 0 0

Xəsarət alanlar Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, onlara lazımi tibbi yardım göstərilib

BAKI, 6 noyabr — Sputnik. Göyçay rayonunun mərkəzində "Qazel" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan 3-nə lazımi tibbi yardım göstərilib və onlar ambulator müalicəyə buraxılıblar.

Digər şəxs isə çanaq, burun və əlin sınıqları diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Əsas mövzular