Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Evdən qaçan qız anasını bıçaqladı – Ağcabədidə

CC0 / 931527 / KnifeНож, фото из архива
Нож, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xəsarət alan şəxs əvvəlcə cinayəti gizlətmək üçün yaşadığı evin həyətində yıxılaraq qarnına şifer batdığını bildirib

BAKI, 28 sentyabr — Sputnik. Ağcabədi rayonunda qız anasını bıçaqlayıb.

Sputnik Azərbaycan-ın Trend-ə istinadla məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində baş verib.

Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Biləsuvarda ağır xəsarət alan uşaq Bakıya gətirilib

Kənd sakini, 1965-ci il təvəllüdlü Cəfərova Şölə Muxtar qızı qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilib.

Xəsarət alan şəxs əvvəlcə yaşadığı evin həyətində yıxılaraq qarnına şifer batdığını bildirib.

Hadisədən bir-neçə saat sonra Ş.Cəfərovanın qızı, 1996-cı il təvəllüdlü Cəfərova Gülşən Valeh qızı könüllü olaraq Ağcabədi rayon Polis Şöbəsinə gələrək anasını bıçaqladığını etiraf edib.

İlkin araşdırma zamanı məlum olub ki, G.Cəfərova yaşadığı evdən çıxıb getmək istədiyini bildirib. Anası Ş.Cəfərova isə onun bu hərəkətinə narazılıq edərkən ana və bala arasında mübahisə yaranıb. Mübahisə nəticəsində G.Cəfərova mətbəxdən götürdüyü bıçaqla anasına qarın nahiyəsindən bir bıçaq zərbəsi endirib.

Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Xəbər lenti
0