15:52 20 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8823
Futbol meydançası və top

Sərxoş hakim oyunu sonadək idarə etdi

CC0 / Thomas B. / Ball
HADİSƏ
Qısa URL
26 0 0

Meydandan çıxarılması üçün mühafizəçilər hakimə yaxınlaşsalar da, bu, mümkün olmayıb. Oyunun baş komissarı məsələyə qəribə müdaxilə edib

BAKI, 25 sentyabr — Sputnik. Çexiya Gənclər Liqasının oyununda qəribə hadisə baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, "Beroun" - "Slani" futbol matçına yan xətt hakimi Milan Sefara sərxoş halda çıxıb.

Laynsman dəfələrlə yerə yıxılaraq tamaşaçıları şənləndirib. Meydandan çıxarılması üçün mühafizəçilər ona yaxınlaşsalar da, bu, mümkün olmayıb. Oyunun baş komissarı Tomas Brozek məsələyə müdaxilə edərək hamını heyrətləndirəcək qərar qəbul edib. Belə ki, o, yan xətt hakiminin oyunu sonuna qədər idarə etməsinə icazə verib. Hazırda Mərkəzi Bogemiya Regional Futbol Assosiasiyası insidenti araşdırır.

Alkoqol qəbul etdiyi sübuta yetiriləcəyi təqdirdə, hakimi ciddi cəza gözləyir.

Əsas mövzular