19:55 10 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
23 0 0

12 yaşlı yeniyetməyə kəllə-beyin və bədənin müştərək travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib

BAKI, 14 sentyabr — Sputnik. Biləsuvar şəhərində bədbəxt hadisə baş verib. Şəhər sakini, 2007-ci il təvəllüdlü Xankişizadə Mahir Nağı oğlu yolu keçərkən onu avtomobil vurub.

Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, yaralı əvvəlcə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Lakin 12 yaşlı yeniyetmənin vəziyyəti ağırlaşdıqdan sonra Bakıya, 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Uşağa kəllə-beyin və bədənin müştərək travması diaqnozu qoyulub.

Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Teqlər:
Bakı, Biləsuvar, kəllə-beyin travması, xəsarət, qəza, yeniyetmə

Əsas mövzular