07:57 26 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Xəstəxana palatasında yatan qadın, arxiv şəkli

Kəskin ağrılara dözməyən qadın intihar etdi

CC0 / Parentingupstream / Doctor
HADİSƏ
Qısa URL
417 0 0

Onkoloji xəstəlikdən əziyyət çəkən beyləqanlı qadın sirkə turşusu içməklə canına qəsd edib, həkimlər onu xilas edə bilməyiblər

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 15 avqust - Sputnik. Beyləqan rayonunun Əlinəzərli kəndində intihara cəhd etmiş şəxs dünyasını dəyişib. Sputnik Azərbaycanın bölgə müxbirinin əldə etdiyi məlumata görə, 48 yaşlı Şamama Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Kəskin ağrılara dozməyən xəstə avqustun 11-də sirkə turşusu içərək intihara cəhd edib.

Qadına tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Üç gündən sonra, yəni, avqustun 14-də xəstə dünyasını dəyişib.

Onu da qeyd edək ki, Şamama Əliyeva üç uşaq anasıdır. Böyük oğlu həqiqi hərbi xidmətdədir.

Əsas mövzular