Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 15 avqust - Sputnik. Beyləqan rayonunun Əlinəzərli kəndində intihara cəhd etmiş şəxs dünyasını dəyişib. Sputnik Azərbaycanın bölgə müxbirinin əldə etdiyi məlumata görə, 48 yaşlı Şamama Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Kəskin ağrılara dozməyən xəstə avqustun 11-də sirkə turşusu içərək intihara cəhd edib.
Qadına tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Üç gündən sonra, yəni, avqustun 14-də xəstə dünyasını dəyişib.
Onu da qeyd edək ki, Şamama Əliyeva üç uşaq anasıdır. Böyük oğlu həqiqi hərbi xidmətdədir.