CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On beş ildən sonra təkrarlanan anomal hava - Nə baş verir?

© Sputnik / Taleh MahmudovДождливая погода в Баку
Дождливая погода в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Umayra Tağıyeva bildirib ki, sabahdan temperatur bu günə nisbətən yuxarı qalxacaq

BAKI, 8 avqust — Sputnik. "Hazırda Bakıda müşahidə olunan hava şəraiti avqust ayı üçün xarakterik deyil. Bu hava şəraitini anomal hava adlandırmaq olar". Bu sözləri Sputnik Azərbayacan-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, soyuq hava, Rusiya ərazisindən soyuq atmosfer cəbhəsinin ölkəmizdən keçməsi ilə bağlıdır:

Летний дождь, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hava ilə bağlı kimisinə şad, kimisinə bəd xəbər

"Əlbəttə ki, belə hava şəraiti ilin ən isti ayı olan avqust ayı üçün səciyyəvi deyil. Lakin, ayrı-ayrı illərdə belə hava şəraiti müşahidə olunub. Son 15 il ərzində belə hava şəraiti avqust ayının birinci on günlüyündə qeydə alınıb. 2009 və 2013-cü illərdə Bakıda 6-7 millimetr miqdarında yağış yağıb və hava kifayət qədər sərin olub. Hal-hazırda havanın temperaturu 26-28 dərəcədən yüksək deyil. Bu da çoxillik norma göstəricilərindən 2 dərəcəyə qədər aşağıdır. Son illər ən isti hava avqust ayına təsadüf edib. Belə hava şəraitinin avqustda keçməsinə öyrəşməmişik. Ona görə də, bu havaya anomal hava demək olar".

U. Tağıyeva bildirib ki, sabahdan temperatur bu günə nisbətən yuxarı qalxacaq: "Külək də nisbətən zəif olacaq, temperatur 30-32 dərəcə intervalında gözlənir. Amma ayın 10-dan yenidən zəif cənub-şərq küləkləri əsəcək. Temperatur 35-37 dərəcəyədək yüksələcək, hava rütubətli olacaq. Amma bu da uzun çəkməyəcək. Avqustun 11-dən yenidən küləkli hava müşahidə olunacaq".

Xəbər lenti
0