CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda "Instagram"da tanış olub "biznes" quranları polis həbs elədi

© Sputnik / Наталья Селиверстова / Mediabanka keçidИконка социальной сети Instagram на экране ноутбука
Иконка социальной сети Instagram на экране ноутбука - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar bir-birilərini qrupda tanıyıblar

BAKI, 19 iyul — Sputnik. Bakıda "Instagram" sosial şəbəkəsində tanış olaraq silsilə oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, gecə saatlarında Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə Sabunçu rayonu Maştağa qəsəbəsində xüsusi texniki avadanlıqlarla qorunan marketlərdən birindən həyəcan siqnalı daxil olub. Dərhal Sabunçu Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə yollanıblar və obyektin qapısının sındırıldığı müəyyən edilib. Bu zaman həmin ərazidən "Moskviç-21406" markalı maşının uzaqlaşması polislərdə şübhə oyatdığından həmin nəqliyyat vasitəsi təqib edilərək saxlanılıb.

Автомобильный вор, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda qəribə oğru tutuldu – Maşına girən şəxs orada yatıb qalıb
 Avtomobilin sürücüsü və maşında olan 4 nəfər marketə oğurluq məqsədi ilə daxil olduqlarını etiraf ediblər. Onların avtomobilindən və üzərlərindən mağazadan oğurladıqları maddi sübutlar aşkar edilərək götürülüb. Həmçinin dəstə üzvlərindən saxta üsulla hazırlanan, üzərində polisə dəstək yazılan vəsiqələr, müxtəlif şəxslərə aid şəxsiyyət vəsiqələri aşkar edilərək götürülüb.

Araşdırma zamanı saxlanılan şəxslərin əvvəllər məhkum olunmuş Cəlilabad rayon sakinləri Sakit Əkbərov, Əfqan Abıyev, Xızı Rayon sakini Fərid Əhmədzadə və yetkinlik yaşına çatmayan daha bir nəfər olduğu müəyyən edilib. Həmçinin dəstə üzvlərinin oğurluğa gedən zaman istifadə etdikləri avtomobilin sürücüsü paytaxt sakini Əliəşrəf Fəttahov da məsuliyyətə cəlb edilib.

Saxlanılan şəxslər ifadələrində "Instagram" sosial şəbəkəsində yaradılan müxtəlif qruplarda tanış olduqlarını və əvvəlcədən razılaşaraq paytaxt ərazisində oğurluqlar etdiklərini bildiriblər.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri, həmçinin dəstə üzvlərinin digər əlaqələrinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Xəbər lenti
0