12:03 31 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
207 0 0

Cinayətin mümkün iştirakçılarının müəyyən olunması istiqamətində istintaq tədbirlər davam etdirilir

Rahim Zakiroğlu, Spunik Azərbaycan

BAKI, 13 iyun — Sputnik. Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Yardımlı şəhəri Əsədabad küçəsi ev 62-də yaşayan, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Miranov Eldar Allahverdi oğlu saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Polis Şöbəsində Eldar Miranovdan 6 kq çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Miranov Eldar
© Sputnik / Rahim Muradov
Miranov Eldar

Faktla bağlı  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanıb. Cinayətin digər mümkün iştirakçılarının müəyyən olunması istiqamətində istintaq tədbirlər davam etdirilir.

 

Əsas mövzular