Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yardımlıda 6 kiloqram narkotik tutuldu

© Sputnik / Rahim MuradovYardımlı Rayon Polis Şöbəsi
Yardımlı Rayon Polis Şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayətin mümkün iştirakçılarının müəyyən olunması istiqamətində istintaq tədbirlər davam etdirilir

Rahim Zakiroğlu, Spunik Azərbaycan

BAKI, 13 iyun — Sputnik. Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Yardımlı şəhəri Əsədabad küçəsi ev 62-də yaşayan, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Miranov Eldar Allahverdi oğlu saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Polis Şöbəsində Eldar Miranovdan 6 kq çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

© Sputnik / Rahim MuradovMiranov Eldar
Yardımlıda 6 kiloqram narkotik tutuldu - Sputnik Azərbaycan
Miranov Eldar

Faktla bağlı  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanıb. Cinayətin digər mümkün iştirakçılarının müəyyən olunması istiqamətində istintaq tədbirlər davam etdirilir.

 

Xəbər lenti
0